banner
banner

Maraqlı

Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ

Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
Türkiyənin Van şəhərində yaşayan azərbaycanlı Əhməd Cahanqard Takalo cəmi bir saniyə ərzində dünyanın ən zəngin insanlarından birinə çevrilib.

Cia.az xəbər verir ki, təxminən 10 il əvvəl bu şəhərə köçən soydaşımız, yumşaq desək, gözlənilməz bir vəziyyətlə qarşılaşıb.

Belə ki, Əhməd yerli supermarketlərin birində alış-veriş edərkən bank kartından istifadə edə bilməyib.

Problemi həll etmək üçün bankın yerli filialına müraciət edən 32 yaşlı gənc, hesabı barədə öyrəndiklərindən şoka düşüb.

Məlum olub ki, onun hesabına naməlum mənbədən düz 999 milyard 999 milyon 999 min 999 lirə 99 quruş vəsait daxil olub. Təxminən 21,8 milyard dollara bərabər olan bu nəhəng məbləğin haradan gəldiyi bilinmədiyi üçün Türkiyənin Maliyyə Cinayətlərini Araşdırma Komissiyası (MASAK) Əhmədin bütün bank hesablarına blok qoyub.

Artıq bir aya yaxındır ki, bank hesablarının dondurulması səbəbindən gəncin həyatı çətinləşib. O, vəziyyətə aydınlıq gətirmək və blokun götürülməsi üçün müvafiq dövlət qurumlarına müraciət etsə də, araşdırmanın davam etdiyi əsas gətirilərək müraciətləri cavabsız qalıb.

Baş verənlər barədə danışan Əhməd bildirib ki, hesabındakı 22 milyard dollara yaxın pulu görən bank əməkdaşları heyrətlərini gizlədə bilməyiblər: "Bank işçisi dərhal filial müdirini çağırdı, o isə öz növbəsində bankın direktoruna məlumat verdi. Hamı başıma toplandı. Məlum oldu ki, hesabıma naməlum mənbədən vəsait daxil olub və aidiyyəti qurumlar hesabla bərabər kartlarımı da bloklayıb. Bank rəhbərliyi bu vəziyyəti çox gülməli və qəribə qarşıladı".

Əhməd hesabındakı bu milyardlarla nə edə biləcəyini öyrənmək üçün süni intellektə də müraciət edib. Süni intellektin hesablamalarına görə, bu pulla 9 yük maşını qızıl almaq, 300 min əhalisi olan yeni bir dövlət qurmaq və ya min ədəd böyük futbol stadionu tikmək mümkündür. Həmçinin bu məbləğ gənc azərbaycanlını dünyanın ən zəngin insanları siyahısında 116-cı pilləyə qaldırır.

Əhmədin bu pulu əldə edəcəyinə və ya xərcləyə biləcəyinə heç bir ümidi yoxdur. Onun yeganə istəyi şəxsi hesabları üzərindəki blokun tezliklə götürülməsidir. Çünki artıq bir aydır hesabı dondurulan soydaşımız maddi cəhətdən ciddi sıxıntılar yaşayır.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Turistlərin tapması üçün bu ərazidə 40 min manatlıq qızıl gizlətdilər

Finlandiyada turistləri bölgəyə cəlb etmək üçün qeyri-adi layihəyə start verilib. Ölkənin şimalındakı Laplandiya bölgəsində yerləşən Levi kurortunun ərazisində dəyəri təxminən 23 min dollar (təxminən 1 milyon 57 min manat) olan qızıl külçə gizlədilib. Onu tapan şəxs qızılın sahibi olacaq.

Pendir əhvalı yaxşılaşdırır

Pendir təkcə qida dəyərinə görə deyil, əhvala müsbət təsiri ilə də faydalı məhsul hesab olunur. Cia.az xəbər verir ki, dietoloqlar pendirin tərkibindəki zülalın orqanizm tərəfindən yaxşı mənimsənildiyini bildiriblər

Evinizdə bu əşyalar varsa, dərhal ATIN - Ailədə davaya səbəb OLUR

Son zamanlar ailənizdə səbəbsiz mübahisələr artır, ruzi-bərəkət kəsilir və özünüzü daim yorğun hiss edirsinizsə, səbəbi çox yaxında - elə evinizin içində ola bilər. Qədim Şərq təlimi olan Fen-şuy mütəxəssisləri xəbərdarlıq edir ki, bəzi əşyalar evə bədbəxtlik və mənfi enerji daşıyır.

7 vərdiş sizi bədbəxt edir

Bəzi vərdişlər var ki, onlar xoşbəxtliyi ən gizli parazitlər kimi sorub aparır. Nəticədə enerji azalır, özünəinam sarsılır. Bu “görünməz parazitlər” illərlə zehnimizdə yaşayaraq həyat keyfiyyətimizi aşağı salır