Goranboy Rayon İcra Hakimiyyətinin sabiq şöbə müdiri Şaiq Qənbərli cinayət məsuliyyətinə cəlb edilib.
Cia.az Bakupost-a istinadən xəbər verir ki, Ş.Qənbərli həmyerlisinin şəxsi həyatına dair məlumatları gizlicə lentə alıb yaymaqda ittiham edilir.
Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Ş.Qənbərli daha əvvəllər evli qadını qaçırması ilə bağlı gündəmə gəlib. Həmin vaxt o, şöbə müdiri vəzifəsindən çıxarılaraq RİH-də baş məsləhətçi təyin edilmişdi. Lakin bir müddət əvvəl həmin vəzifəsindən də azad olunmuşdu.
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.