banner
banner

Gündəm

Xamenei 2 min məhbusu əfv etdi

Xamenei 2 min məhbusu əfv etdi

İranın Ali rəhbəri Müctəba Xamenei müxtəlif cinayətlər törətməkdə təqsirli bilinərək məhkum edilmiş 2 min vətəndaşın əfv olunması barədə fərman imzalayıb.

“Cia.az” xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilir ki, Ali rəhbər ölkənin Məhkəmə Hakimiyyətinin başçısı Qulam Hüseyn Möhsəni-Ejeinin bununla bağlı rəsmi müraciətini təmin edib. Bu addım cari ilin mart ayında ölkənin rəhbəri seçilən Müctəba Xameneinin fəaliyyəti dövründə imzaladığı ilk kütləvi əfv fərmanı kimi tarixə düşüb.Sözügedən amnistiya qərarı müqəddəs Qurban bayramı və ardınca gələn Qədir-Xum bayramı ərəfəsində qəbul edilib.

Xatırladaq ki, Böyük Britaniyanın “The Sun” qəzeti martın 12-də yaydığı məlumatda İrana endirilən aviazərbələr nəticəsində Xameneinin ağır yaralandığını və bir və ya hər iki ayağını itirdiyini iddia etmişdi. Hadisədən bir müddət sonra İran Prezidenti xəstəxanada müalicə alan yaralı Ali rəhbərə baş çəkmiş və onunla görüşmüşdü.

Məlumat üçün qeyd edək ki, 56 yaşlı M. Xamenei bu il martın 8-də İranın yeni Ali rəhbəri seçilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Həcc missiyası yekunlaşır: QMİ-dən son vəziyyətlə bağlı AÇIQLAMA

“Hazırda zəvvarların bir hissəsi artıq Mədinəyə gəlib. Zəvvarlar Mədinədə üç gün qalmalıdırlar. Bu müddətdə onlar Peyğəmbərin (s.ə.s.) məscidini və müqəddəs məkanları ziyarət edəcək, həmçinin şəhər üzrə ekskursiyada iştirak edəcəklər. Sonrakı gün zəvvarlar üçün sərbəst vaxt nəzərdə tutulub”.

DÇ-2026-nın ilk oyunu təxirə salına bilər

DÇ-2026-da Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları arasında keçiriləcək açılış oyunu fəlakətli təbiət hadisəsi səbəbindən təxirə düşmək təhlükəsi ilə üz-üzə qalıb.

Eldar Rəsulova vəzifə verildi

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media Əlaqələri üzrə Meneceri Eldar Rəsulov yeni vəzifəyə təyin olunub.cia.azxəbər verir ki, Eldar Rəsulov ölkənin dağ-mədən sənayesində fəaliyyət göstərən “AzerGold” QSC-də İctimaiyyətlə Əlaqələr, Marketinq və Korporativ Sosial Məsuliyyət şöbəsinin şöbə müdirinin müavini vəzifəsinə yeni təyinat alıb.

Xına mərasimində DƏHŞƏT - Yaralılar var

Türkiyənin Hakkari vilayətinin Çukurca rayonunda keçirilən xına gecəsində iki ailə arasında baş verən mübahisə kütləvi davaya çevrilib. Hadisə nəticəsində 8 nəfər xəsarət alıb.

Sabah BTQ-nin açılışı olacaq

İyunun 2-də Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində regionun mühüm yükdaşıma marşrutlarından biri olan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi ilə bağlı tədbir keçiriləcək.