banner
banner

Gündəm

Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA

Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA

Piyada təhlükəsizliyi yol hərəkətinin ən həssas istiqamətlərindən biri hesab olunur. Bir çox hallarda yol-nəqliyyat hadisələri təkcə sürücülərin deyil, piyadaların da yol hərəkəti qaydalarına əməl etməməsi nəticəsində baş verir. Piyada keçidlərindən istifadə edilməməsi, yaxud qadağan olunmuş yerlərdən yolun keçilməsi ciddi risklər yaradır. Beynəlxalq təcrübədə isə bu kimi hallarda məsuliyyətin bölüşdürülməsi və kompensasiya mexanizmləri fərqli qaydalarla tənzimlənir.

Hüquqşünas Şamil Paşayev məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, Azərbaycanda yol-nəqliyyat hadisələri ilə bağlı formalaşmış yanlış yanaşmalardan biri “sürücü hər halda günahkardır” düşüncəsidir:

“Praktiki müşahidələr, sosial mediada yayılan məlumatlar, mediada işıqlandırılan hadisələr və hüquq-mühafizə orqanlarının açıqlamaları da göstərir ki, baş verən yol-nəqliyyat hadisələrinin böyük əksəriyyətində məsuliyyət əsasən sürücünün üzərinə qoyulur. Bu yanaşma isə bir çox hallarda həm istintaqın, həm də ekspertiza prosesinin köhnə, sovet dövründən qalma yanaşmalar əsasında aparılması ilə əlaqələndirilir. Halbuki inkişaf etmiş ölkələrin təcrübəsində məsuliyyət yalnız sürücünün üzərinə yönəldilmir. Yol hərəkətinin bütün iştirakçıları həm sürücü, həm də piyada qanun qarşısında məsuliyyət daşıyır. Piyada üçün nəzərdə tutulmuş keçid yerləri var və piyadalar həmin keçidlərdən istifadə etməlidirlər. Bu keçidlər yerüstü, yeraltı və ya nizamlanan piyada keçidləri ola bilər. Piyadanın istənilən yerdən yolu keçməsi həm öz həyatı, həm də digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır. Azərbaycanda piyadanın vurulması ilə nəticələnən hadisələrdə də əksər hallarda piyadaların yol hərəkəti qaydalarını pozduğu müşahidə olunur. Buna baxmayaraq, ekspertiza və istintaq bir çox hallarda belə qənaətə gəlir ki, sürücü nəqliyyat vasitəsini saxlamaq və hadisənin qarşısını almaq üçün əlavə tədbirlər görməli idi”.

O qeyd edib ki, nəticədə məsuliyyət yenə də əsasən sürücünün üzərində qalır:

“Bu cür yanaşma cəmiyyətdə yanlış düşüncə formalaşdırır və bəzi piyadaların məsuliyyətsiz davranmasına səbəb olur. Çünki ictimai rəydə “istənilən halda sürücü günahkar çıxacaq” fikri mövcuddur. Halbuki beynəlxalq praktikada həm sürücünün, həm də piyadanın hüquq və vəzifələri balanslı şəkildə qiymətləndirilir. Əslində Azərbaycan qanunvericiliyində də piyadanın məsuliyyəti nəzərdə tutulub. Sadəcə praktik tətbiq zamanı bu balansın tam qorunmadığı iddia olunur. Piyada da öz təhlükəsizliyinə görə məsuliyyət daşımalı, yolu yalnız müəyyən olunmuş yerlərdən və qaydalara uyğun şəkildə keçməlidir. Bu yanaşma birmənalı şəkildə tətbiq olunarsa, həm piyadavurma hallarının sayı azalar, həm də yol hərəkəti iştirakçıları arasında daha məsuliyyətli davranış formalaşar. Eyni zamanda, qaydaları pozaraq qəzanın baş verməsinə səbəb olan piyadaların vurduğu zərərə görə sürücülərin də kompensasiya tələb etmək hüququ daha effektiv şəkildə təmin oluna bilər”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Prezident FƏRMAN İMZALADI

“Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli fərmanında dəyişiklik edilib.

Əlaçı məzunlara hərbi xidmətdə güzəştlər verilə bilər

Azərbaycanda hərbi xidmət hər bir kişi vətəndaşın konstitusion borcu hesab olunur. Son illər təhsildə yüksək nəticələr göstərən gənclərin bu sahədə müəyyən güzəştlərlə təmin edilməsi məsələsi müzakirə mövzusudur. Mütəxəssislər hesab edirlər ki, ölkənin intellektual potensialını formalaşdıran, elm və təhsildə uğur qazanan gənclərin bilik və bacarıqlarından daha səmərəli istifadə etmək üçün yeni mexanizmlərin yaradılmasına ehtiyac var.

Xamenei 2 min məhbusu əfv etdi

İranın Ali rəhbəri Müctəba Xamenei müxtəlif cinayətlər törətməkdə təqsirli bilinərək məhkum edilmiş 2 min vətəndaşın əfv olunması barədə fərman imzalayıb.

Həcc missiyası yekunlaşır: QMİ-dən son vəziyyətlə bağlı AÇIQLAMA

“Hazırda zəvvarların bir hissəsi artıq Mədinəyə gəlib. Zəvvarlar Mədinədə üç gün qalmalıdırlar. Bu müddətdə onlar Peyğəmbərin (s.ə.s.) məscidini və müqəddəs məkanları ziyarət edəcək, həmçinin şəhər üzrə ekskursiyada iştirak edəcəklər. Sonrakı gün zəvvarlar üçün sərbəst vaxt nəzərdə tutulub”.

DÇ-2026-nın ilk oyunu təxirə salına bilər

DÇ-2026-da Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları arasında keçiriləcək açılış oyunu fəlakətli təbiət hadisəsi səbəbindən təxirə düşmək təhlükəsi ilə üz-üzə qalıb.

Eldar Rəsulova vəzifə verildi

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media Əlaqələri üzrə Meneceri Eldar Rəsulov yeni vəzifəyə təyin olunub.cia.azxəbər verir ki, Eldar Rəsulov ölkənin dağ-mədən sənayesində fəaliyyət göstərən “AzerGold” QSC-də İctimaiyyətlə Əlaqələr, Marketinq və Korporativ Sosial Məsuliyyət şöbəsinin şöbə müdirinin müavini vəzifəsinə yeni təyinat alıb.