Dünən qəfil vəfat edən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, “Milenium Konqres Turizm” şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev bu gün dəfn edilib.
Dəfn mərasimində ictimaiyyət nümayəndələri, mərhumun dostları və yaxınları iştirak edib.
Həmçinin məlum olub ki, hadisə ötən gün İsmayıllının Basqal qəsəbəsində baş verib. İyunun 8-i saat 12 radələrində Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Ruslan Gəray oğlu Quliyev qəsəbə ərazisində olarkən səhhəti qəfil pisləşib. O, xəstəxanaya çatdırılsa da, vəfat edib./qafqazinfo.az/
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.