Paytaxtın Binəqədi rayonunda hoteldə ölüm hadisəsi baş verib.
İyunun 8-i saat 19 radələrində Şəmkir rayon sakini 1969-cu il təvəllüdlü Y.Bayramovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti Biləcəri qəsəbəsinin ərazisində yerləşən hoteldə tapılıb.
Onun hansı səbəbdən vəfat etməsi məlum deyil.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.(“Qafqazinfo”)
Bakının Pirşağı qəsəbəsinin ərazisində ölüm və xəsarətlə nəticələnən bıçaqlanma hadisəsi baş verib. Musavat.com xəbər verir ki, 1999-cu il təvəllüdlü Sakit Piriyev mübahisə zəminində 1986-cı il təvəllüdlü Məzahir Xələfov və 1983-cü il təvəllüdlü Balağa Ağayevə bıçaqla hücum edib. Nəticədə Məzahir Xələfov döş nahiyəsindən aldığı ağır xəsarətlə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onu həyatını xilas etmək mümkün olmayıb. Balağa Ağayev isə qol nahiyəsindən yaralanıb və ona ilkin tibbi yardım göstərilib.
Nərimanov rayonunda keçirilən əməliyyat zamanı 27 yaşlı Paşa Bayramov və onunla əlbir olan 46 yaşlı qadın saxlanılıb. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində onların üzərindən və yaşadıqları ünvanlardan ümumilikdə 6 kiloqramdan artıq narkotik vasitə – marixuana və tiryək aşkarlanıb.
Xəbər verdiyimiz kimi, iyunun 1-də Sabunçu rayonu Ramana qəsəbəsində 60 yaşlı Adıgözəl Məmmədov gəlini Gülüzar Məmmədovanı qətlə yetirib. Qaynatanın gəlnini öldürmə səbəbi ilə bağlı müxtəlif iddialar səslənir. A. Məmmədovun G. Məmmədovanı öldürmə səbəbi kimi müavinət kartını mənimsəmək istəyi göstərilir. Bu iddialarla razılaşmayan gəlinin qaynanası Hicran Məmmədova Musavat.com-a danışaraq ailə ilə gəlin arasında heç bir zaman müavinət üstündə mübahisə olmadığını bildirib: