Nazirlər Kabineti bir sıra kənd təsərrüfatı məhsul və avadanlıqlarının əlavə dəyər vergisindən (ƏDV) azad olunmasını nəzərdə tutan yeni qərarlar təsdiqləyib.
Cia.sz xəbər verir ki, baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, toxumçuluq, quşçuluq və arıçılıq sahələrində istifadə olunan avadanlıqların, həmçinin laboratoriya cihazlarının, eləcə də toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və kalibrlənməsi üçün nəzərdə tutulan maşınların siyahısı təsdiqlənib.
Bununla yanaşı, kənd təsərrüfatı heyvanları və quşların profilaktikası, diaqnostikası və müalicəsində istifadə edilən, idxalı ƏDV-dən azad olunan baytarlıq preparatlarının siyahısı da təsdiq edilib.
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.