Son dövrlərdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı qaydaların tətbiqi və nəzarətin gücləndirilməsi fonunda təhlükəsizlik kəmərindən istifadə məsələsi yenidən gündəmə gətirilib. Ümumilikdə avtomobil idarə edərkən və ya sərnişin qismində hərəkət zamanı təhlükəsizlik kəmərinin taxılması məcburi hesab olunur və bu qayda yol-nəqliyyat hadisələrinin ağır nəticələrinin qarşısının alınmasında əsas amillərdən biri kimi qiymətləndirilir. Bununla yanaşı, qanunvericilikdə bəzi hallarda təhlükəsizlik kəmərinin taxılmamasına dair istisnalar da nəzərdə tutulub. Bu istisnaların hansı kateqoriyalara aid olduğu və hansı şərtlər daxilində tətbiq edildiyi isə sürücülər və sərnişinlər arasında tez-tez maraq doğuran məsələlərdəndir.
Vəkil Vamiq Şükürov Demokrat.az-a açıqlamasında deyib ki, konstruksiyasında təhlükəsizlik kəmərləri nəzərdə tutulmuş nəqliyyat vasitəsində hərəkət zamanı sürücü kəməri bağlamalı və sərnişinlərin də kəmərdən düzgün istifadə etməsini təmin etməlidir:
“Bu tələb yol hərəkəti təhlükəsizliyinin əsas qaydalarından biri hesab olunur və ümumi risklərin azaldılmasına xidmət edir. Bununla yanaşı, qanunvericilikdə müəyyən istisna hallar da nəzərdə tutulub. Belə ki, 12 yaşınadək uşaqlar, geriyə hərəkət (manevr) edən sürücülər, hamilə qadınlar, həmçinin sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədən şəxs təhlükəsizlik kəmərini taxmaya bilər. Eyni zamanda, yaşayış məntəqələri daxilində operativ nəqliyyat vasitələrinin sürücüləri və sərnişinləri də xidməti zərurət yarandıqda kəmərdən istifadə etməmək hüququna malikdirlər. Lakin bu istisnalar yalnız qanunla müəyyən edilmiş hallarda və müvafiq şərtlər daxilində tətbiq olunur”.
O bildirib ki, motosikletlərə münasibətdə isə ayrıca tələb müəyyən edilib:
“Belə ki, motosiklet sürücüsü mütləq şəkildə qoruyucu dəbilqəni düzgün şəkildə bağlamalı, sərnişinlərin də motodəbilqədən istifadə etməsini və onun düzgün bərkidilməsini təmin etməlidir. Ümumilikdə bu qaydalar yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması və qəza zamanı ağır nəticələrin minimuma endirilməsi məqsədi daşıyır”.
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycana gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azalaraq 1 milyon 92,6 min nəfər olub. Xüsusilə körfəz ölkələrindən gələn turistlərin sayında 31,4 faizlik azalma qeydə alınıb.
Sosial şəbəkələrdə azyaşlı uşaqların avtomobillərin ön oturacağında əyləşdirildiyini əks etdirən görüntülər yayılıb. Bu cür hallar ictimai müzakirələrə səbəb olur və uşaqların avtomobildə təhlükəsiz daşınması məsələsini yenidən gündəmə gətirir.
Dünyanın bir sıra ölkələrində süni intellekt və sensor texnologiyaları ilə idarə olunan sürücüsüz avtomobillər artıq real istifadəyə verilib. Xüsusilə taksi xidmətlərində tətbiq edilən bu nəqliyyat vasitələrində sərnişin avtomobilə əyləşir və avtomobil sürücünün iştirakı olmadan təyin olunan ünvana hərəkət edir.
22 iyul millətin intibaha açılan qapısı, milli oyanışının başlanğıcıdır. Məhz bu tarixdə xalq sözünə sahib çıxaraq kimliyini, ana dilini və mənəvi dəyərlərini qorumaq yolunda mühüm addım atdı. 1875-ci ilin 22 iyulunda Azərbaycanda söz rəsmiyyət, tribuna və milli oyanışın ifadəsi oldu. Bütün çətinliklərə və basqılara baxmayaraq böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabi tarixi ilkə imza ataraq “Əkinçi” qəzetini nəşr etdirdi və bununla da Azərbaycan milli mətbuatının təməlini qoydu. Patriarxal mühitin qatı qaranlığında cəhalətə və mövhumata qarşı ideoloji savaş açan Həsən bəy Zərdabi zülməti maarif nuru ilə yararaq xalqın milli özünüdərkinə, azad fikrin formalaşmasına və mütərəqqi ideyaların kök salmasına yol açdı.
ABŞ-ın Arkanzas ştatında yerləşən North Little Rock şəhərinin meri Terri Hartvikin qardaşı ölkə tarixinin ən böyük lotereya uduşlarından birinin sahibi olub. 2025-ci ilin dekabrında keçirilən Powerball tirajında qalib gələn şəxsin Treysi L. Hartvik olduğu rəsmi şəkildə açıqlanıb.