Magistratura imtahanlarında ölkə birincisi məlum oldu
Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Cəmilə Yusifova magistraturaya qəbul imtahanlarında növbəti dəfə ölkə üzrə ən yüksək nəticəni göstərib.
Bu barədə "Azərbaycan Universitetləri" səhifəsi xəbər yayıb.
Magistraturaya qəbul imtahanlarının ikinci cəhdinin esse mərhələsinin nəticələri açıqlanandan sonra C.Yusifovanın 98.5 bal topladığı və ölkə birincisi olduğu məlum olub.
Bildirilib ki, o, hazırda magistratura imtahanlarının üçüncü cəhdində də iştirak edib və nəticələri gözləyir. C.Yusifovanın hədəfi bu dəfə maksimum - 100 bal toplamaqdır.
Qeyd edək ki, Cəmilə Yusifova beş il əvvəl 685 bal toplayaraq Bakı Ali Neft Məktəbinə qəbul olub. O, Prezident təqaüdçüsüdür və hazırda ölkə banklarından birində kibertəhlükəsizlik üzrə mütəxəssis kimi fəaliyyət göstərir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək onları məsuliyyətli olmağa çağırır.
Bakıda 315 nömrəli tam orta məktəbdə 8-ci sinif şagirdinə qarşı müəllim tərəfindən qeyri-etik davranış göstərildiyi ilə bağlı iddia gündəmə gəlmişdi. Valideynin sözlərinə görə, şagirdin dərs zamanı saqqız çeynəməsi səbəbilə müəllim onunla sərt rəftar edib və bu, ictimai müzakirələrə səbəb olub.
Hər il ali məktəblərə qəbul imtahanları keçiriləndə abituriyentləri və valideynləri düşündürən ən aktual sual keçid ballarının hansı istiqamətdə dəyişəcəyidir. İmtahan suallarının çətinlik dərəcəsi, plan yerlərinin artırılması və abituriyentlərin ümumi nəticələri bu dinamikaya birbaşa təsir göstərir.
2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin (subbakalavrların) elektron qeydiyyatı 2 iyun saat 23:59-da bitir.