banner
banner

Sİyasət

Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır

Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır

Azərbaycan son bir neçə il ərzində bir sıra sosial dəstək paketlərini həyata keçirib.

Cia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.

O bildirib ki, bu sosial dəstək paketləri ölkə əhalisinin 30 %-dən çox hissəsini əhatə edib:

"Azərbaycanda yoxsulluq və işsizlik səviyyəsi təxminən 5 % civarındadır. Bu məsələlər daim dövlətin diqqət mərkəzindədir. Əhalimizin sayı artdıqca yeni çağırışlar da meydana çıxır. Təəssüf ki, bir sıra ölkələrdə, o cümlədən bəzi müsəlman ölkələrində əks tendensiyalar müşahidə olunur ki, bu da əlavə sosial-iqtisadi çətinliklər yaradır. Belə şəraitdə yeni iş yerlərinin açılması, sosial infrastrukturun qurulması və əhalinin rifahının yüksəldilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət nəticəsində işsizlik səviyyəsi çox aşağı həddə saxlanılır".

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi

Oxşar xəbərlər

Bu, artıq keçmişdə qaldı - İlham Əliyev

Artıq köçkün həyatı keçmişdə qaldı, indi doğma Qarabağ torpağında qürurla, fəxarətlə yaşayacaqsınız, quracaqsınız, böyüklərə, ağsaqqallara, ağbirçəklərə yaxşı baxacaqsınız. Uşaqlara yaxşı baxacaqsınız.