banner
banner

Maraqlı

Dünya bu tarixdə TAM QARANLIĞA qərq olacaq: Görmə qabiliyyətinizi itirə bilərsiniz

Dünya bu tarixdə TAM QARANLIĞA qərq olacaq: Görmə qabiliyyətinizi itirə bilərsiniz

Avropa sakinləri son onilliklərin ən möhtəşəm astronomik hadisələrindən birinə hazırlaşırlar. Artıq bu ilin yayında - 12 avqust 2026-cı il tarixində son 27 ildə ilk dəfə tam günəş tutulmasını izləmək mümkün olacaq.

"Startlap" nəşrinin yazdığına görə, Ay Günəşin qarşısını tamamilə kəsəcək və günün günorta çağı bir neçə dəqiqəlik qaranlıq (alatoranılıq) çökəcək. Ekspertlər bu nadir təbiət hadisəsini müşahidə etmək üçün ən ideal məkanlardan biri kimi İspaniya sahillərində yerləşən kiçik Altafulya şəhərciyini seçiblər.

Cia.az-in məlumatına görə, astronomlar Avropanın əksər bölgələrində bu tutulmanın qismən baş verəcəyini bildirirlər.

Məsələn, Parisdə Ay günəş diskinin 92%-dən çoxunu örtəcək. Lakin tutulmanın tam fəzasını yalnız İspaniyada görmək mümkün olacaq, çünki astronomik hadisənin əsas trayektoriyası məhz bu ölkənin üzərindən keçir.

Astronomların xüsusi diqqətini çəkən Altafulya kiçik bir orta əsrlər şəhəridir.

Kataloniya rəhbərliyi artıq bu məkanı tutulmanı izləmək üçün ən yaxşı 20 məkan siyahısına daxil edib. Hesablamalara görə, burada tam qaranlıq təxminən 55 saniyə davam edəcək.

Turistləri bu unikal səmada baş verəcək şoudan başqa, həm də şəhərin özünəməxsus ab-havası cəlb edir. Tarixi "Vila Klosa" mərkəzi dar daş döşənmiş küçələri, daş evləri və qədim tağları ilə orta əsrlər görkəmini qoruyub saxlayıb. XI əsrə aid qədim qəsr, San-Martin kilsəsi və sahilə yaxın yerləşən qədim Roma villası "Els Munts" şəhərin əsas görməli yerləri hesab olunur.

Çimərlik istirahətini sevənləri burada firuzəyi suyu olan sakit körfəzlər və köhnə balıqçı daxmaları, təbiətsevərləri isə qürub çağında xüsusilə gözəl görünən Qayya çayı gözləyir.

Ekspertlər tutulmanı görməyi planlaşdıran şəxslərə bura öncədən gəlməyi tövsiyə edirlər, çünki böyük turist axını gözlənilir.

Müşahidə üçün ən rahat nöqtələr kimi dəniz sahili və Sant-Antonio-de-Paduya kapellasının ətrafı göstərilir.

Bununla yanaşı, mütəxəssislər xəbərdarlıq edirlər ki, günəş tutulmasını yalnız xüsusi sertifikatlaşdırılmış qoruyucu eynəklərlə izləmək lazımdır. Müvafiq qoruyucu vasitə olmadan Günəşə qısa müddətli baxış belə, görmə qabiliyyətinin ciddi şəkildə zədələnməsinə səbəb ola bilər.

Beləliklə, bu yay Altafulya yalnız məşhur Aralıq dənizi kurortu kimi deyil, həm də Avropada nadir astronomik hadisəni izləmək üçün ən yaxşı məkanlardan biri kimi yadda qalacaq.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Turistlərin tapması üçün bu ərazidə 40 min manatlıq qızıl gizlətdilər

Finlandiyada turistləri bölgəyə cəlb etmək üçün qeyri-adi layihəyə start verilib. Ölkənin şimalındakı Laplandiya bölgəsində yerləşən Levi kurortunun ərazisində dəyəri təxminən 23 min dollar (təxminən 1 milyon 57 min manat) olan qızıl külçə gizlədilib. Onu tapan şəxs qızılın sahibi olacaq.

Pendir əhvalı yaxşılaşdırır

Pendir təkcə qida dəyərinə görə deyil, əhvala müsbət təsiri ilə də faydalı məhsul hesab olunur. Cia.az xəbər verir ki, dietoloqlar pendirin tərkibindəki zülalın orqanizm tərəfindən yaxşı mənimsənildiyini bildiriblər

Evinizdə bu əşyalar varsa, dərhal ATIN - Ailədə davaya səbəb OLUR

Son zamanlar ailənizdə səbəbsiz mübahisələr artır, ruzi-bərəkət kəsilir və özünüzü daim yorğun hiss edirsinizsə, səbəbi çox yaxında - elə evinizin içində ola bilər. Qədim Şərq təlimi olan Fen-şuy mütəxəssisləri xəbərdarlıq edir ki, bəzi əşyalar evə bədbəxtlik və mənfi enerji daşıyır.