banner
banner

Krİmİnal

Sumqayıtda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

Sumqayıtda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

Sumqayıtda 57yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1969-cu il təvəllüdlü Baytev Mehman Həsən oğlu yıxılıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı vəziyyətdə xəstəxanaya çatdırılan M. Baytevə tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır./report/



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Vasif Haqverdiyev həbs olundu

Mingəçevir şəhər prokurorluğunda özünü prokurorluq əməkdaşı kimi təqdim edərək bir sıra şəxslərin pul vəsaitlərini aldatma yolu ilə ələ keçirməsi və prokurorluq orqanlarının nüfuzuna xələl gətirən hərəkətlər törətməsi faktı ilə bağlı cinayət işi başlanaraq istintaq aparılır.

İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istədilər

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11 kiloqram 500 qram narkotik vasitə marixuananın pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.