banner
banner

Sosİal

İyulun 1-dən qadınları gözləyən DƏYİŞİKLİK: Pensiya yaşı rəsmən 65-ə çatır

İyulun 1-dən qadınları gözləyən DƏYİŞİKLİK: Pensiya yaşı rəsmən 65-ə çatır

Növbəti həftədən Azərbaycanda qadınların pensiyaya çıxma yaş həddi artırılacaq.

Cia.az Trend-ə istinadla bildirir ki, 2026-cı il iyulun 1-dən etibarən qadınların pensiya yaşı 6 ay artırılaraq 65 ilə çatdırılacaq.

Belə ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, qadınların pensiyaya çıxma yaş həddi 2017-ci il iyulun 1-dən 2027-ci il iyulun 1-dək, kişilərin yaş həddi isə 2017-ci il iyulun 1-dən 2021-ci il iyulun 1-dək hər il 6 ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir:

 

Həmin qanuna görə, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

Əmək pensiyası yaş həddinə çatmış, lakin yaşa görə əmək pensiyası hüququ yaranmayan şəxslərə “Sosial müavinətlər haqqında” Qanuna əsasən, əmək qabiliyyəti olmayan şəxslər işləmədikdə yaşa görə sosial müavinət (2023-ci ilin yanvarın 1-dən 220 manat) almaq hüququ var.

Sığorta göstəricilərinə əsasən, fərdi hesabında toplanmış pensiya kapitalına uyğun olaraq pensiyanın məbləği müəyyən edilir. Hazırda minimum pensiyanın məbləği 320 manat təşkil edir. Yaşa görə əmək pensiyası ömürlük təyin edilir.

Xatırladaq ki, qadınların pensiya yaşı sonuncu dəfə ötən il - 2025-cü il iyulun 1-dən 6 ay artırılaraq 64 il 6 ay edilib. Bu göstərici 30 iyun 2026-cı ilədək keçərlidir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Pensiya artımı ilə bağlı gözləntilər: Payızda...

“Pensiyaların artırılıb-artırılmaması məsələsi ilə əlaqədar proqnozlaşdırma aparmaq kifayət qədər çətindir. Çünki hökumətin müvafiq istiqamətdə siyasətini həyata keçirən qurumların verdiyi mesajlardan hələlik müəyyən bri qənaətə gəlmək mümkün deyil. Pensiyaların artırılması qanunvericiliklə mümkündür. Belə ki, dövlət həm minimum pensiya həddini, həm də indeksasiya prosesindən kənar minimum pensiya həddinin artırılması ilə bağlı qərar qəbul edə bilir”.