banner
banner

Sİyasət

Prezident ona yüksək vəzifə verdi

Prezident ona yüksək vəzifə verdi
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Hüseyn Əliyev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib.

Hüseyn Əliyev dövlət sektorunda 13 ildən artıq idarəetmə təcrübəsinə malikdir. O, 2013-2026-cı illərdə Təhsil Nazirliyində şöbə müdiri və nazirin müşaviri, Vergilər və İqtisadiyyat nazirliklərində nazirin müşaviri, həmçinin İqtisadiyyat Nazirliyinin tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətində rəisin müşaviri vəzifələrində çalışıb.

Bu müddətdə strateji planlaşdırma, layihələrin idarə olunması, daxili və xarici kommunikasiyaların qurulması, insan resurslarının inkişafı və digər istiqamətlərdə fəaliyyət göstərib.

Hüseyn Əliyev 2019-cu ildən "Yüksəliş" müsabiqəsinin işçi qrupunun üzvü, 2022-ci ildən "CBC Sport" televiziya kanalının Müşahidə Şurasının üzvüdür. O, 2026-cı ilin may ayından etibarən Azərbaycan Güləş Federasiyasının Etika və İntizam Komitəsinin sədri vəzifəsini də icra edir.

Əmək fəaliyyətinə özəl sektorda başlayan Hüseyn Əliyev beynəlxalq və yerli şirkətlərdə 15 ildən çox rəhbər vəzifələrdə çalışıb.

Ailəlidir, iki övadı var./qaynarinfo



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Prezident müraciət ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb.

Prezident həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti To Lama təbrik məktubu ünvanlayıb.

İlham Əliyev Ərdoğanla görüşdü - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.