Rusiyada yaşayan azərbaycanlıların DİQQƏTİNƏ: Putindən ŞOK QƏRAR
Rusiya prezidenti Vladimir Putin miqrasiya sahəsində dövlət rüsumlarının kəskin şəkildə artırılmasını nəzərdə tutan qanunu imzalayıb.
Cia.az xəbər verir ki, yeni qanuna əsasən, Rusiya vətəndaşlığına qəbul və vətəndaşlıqdan çıxmaq üçün dövlət rüsumu 4 200 rubldan qəfil 50 min rubla (təxminən 1090 manat) qaldırılıb.
Yaşayış icazəsinin verilməsi üçün rüsum isə 6 min rubldan 30 min rubla (654 manat) yüksəldilib.
Sənədin itirilməsi, korlanması və ya oğurlanması ilə əlaqədar müvəqqəti yaşayış icazəsinin yenidən verilməsi üçün rüsum 5 min rubl (109 manat), yaşayış icazəsinin dəyişdirilməsi üçün isə 6 min rubl (131 manat) müəyyən edilib.
Ölkəyə giriş üçün dəvətnamənin rüsumu hər dəvət olunan şəxs üçün 960 rubldan 8 min rubla (174 manat) qaldırılıb.
Rusiyaya giriş-çıxış vizalarının qiyməti 1 200 rubldan 2 min rubla (44 manat), çoxdəfəlik vizalar üçün isə 1 920 rubldan 6 min rubla (131 manat) yüksəlib.
Müvəqqəti yaşayış icazəsinin (RVP) verilməsi üçün rüsum 1 920 rubldan 15 min rubla (327 manat) qədər artırılıb.
Təhsil almaq məqsədilə ölkəyə giriş rüsumu 1 920 rubldan 8 min rubla (174 manat), xarici işçilərin cəlb edilməsi üçün icazə rüsumu isə 12 min rubldan 15 min rubla (327 manat) qaldırılıb.
Yeni qanunla bəzi güzəştlər də tətbiq edilib; belə ki, prezidentin fərmanı ilə Rusiya üçün xüsusi əhəmiyyət kəsb etdiyi qəbul edilən xarici mütəxəssislər, elm və mədəniyyət xadimləri, həmçinin onların ailə üzvləri müvəqqəti və ya daimi yaşayış icazəsi rüsumundan azad olunurlar.
Bundan əlavə, Ukrayna ilə müharibə dövründə Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayan xarici vətəndaşlar üçün Rusiya vətəndaşlığının verilməsi tamamilə ödənişsiz olacaq.
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycana gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azalaraq 1 milyon 92,6 min nəfər olub. Xüsusilə körfəz ölkələrindən gələn turistlərin sayında 31,4 faizlik azalma qeydə alınıb.
Sosial şəbəkələrdə azyaşlı uşaqların avtomobillərin ön oturacağında əyləşdirildiyini əks etdirən görüntülər yayılıb. Bu cür hallar ictimai müzakirələrə səbəb olur və uşaqların avtomobildə təhlükəsiz daşınması məsələsini yenidən gündəmə gətirir.
Dünyanın bir sıra ölkələrində süni intellekt və sensor texnologiyaları ilə idarə olunan sürücüsüz avtomobillər artıq real istifadəyə verilib. Xüsusilə taksi xidmətlərində tətbiq edilən bu nəqliyyat vasitələrində sərnişin avtomobilə əyləşir və avtomobil sürücünün iştirakı olmadan təyin olunan ünvana hərəkət edir.
22 iyul millətin intibaha açılan qapısı, milli oyanışının başlanğıcıdır. Məhz bu tarixdə xalq sözünə sahib çıxaraq kimliyini, ana dilini və mənəvi dəyərlərini qorumaq yolunda mühüm addım atdı. 1875-ci ilin 22 iyulunda Azərbaycanda söz rəsmiyyət, tribuna və milli oyanışın ifadəsi oldu. Bütün çətinliklərə və basqılara baxmayaraq böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabi tarixi ilkə imza ataraq “Əkinçi” qəzetini nəşr etdirdi və bununla da Azərbaycan milli mətbuatının təməlini qoydu. Patriarxal mühitin qatı qaranlığında cəhalətə və mövhumata qarşı ideoloji savaş açan Həsən bəy Zərdabi zülməti maarif nuru ilə yararaq xalqın milli özünüdərkinə, azad fikrin formalaşmasına və mütərəqqi ideyaların kök salmasına yol açdı.
ABŞ-ın Arkanzas ştatında yerləşən North Little Rock şəhərinin meri Terri Hartvikin qardaşı ölkə tarixinin ən böyük lotereya uduşlarından birinin sahibi olub. 2025-ci ilin dekabrında keçirilən Powerball tirajında qalib gələn şəxsin Treysi L. Hartvik olduğu rəsmi şəkildə açıqlanıb.