Yayın ən sevilən meyvələrindən olan qarpız təkcə sərinləşdirici təsiri ilə deyil, sağlamlıq üçün faydalarıyla da diqqət çəkir.
Tərkibinin təxminən 90 faizindən çoxu sudan ibarət olan qarpız orqanizmin maye balansını qorumağa kömək edir.
Mütəxəssislərin sözlərinə görə, qarpızın müntəzəm və normada qəbulu bir sıra sağlamlıq üstünlükləri yaradır:
Orqanizmi susuzlaşmadan qoruyur. Yüksək su tərkibi xüsusilə isti havalarda bədənin maye ehtiyacını qismən ödəyir.
Ürək sağlamlığını dəstəkləyir. Tərkibindəki likopen və sitrulin qan damarlarının fəaliyyətinə müsbət təsir göstərərək ürək-damar sağlamlığını qorumağa kömək edə bilər.
Güclü antioksidant mənbəyidir. Qarpız A və C vitaminləri, eləcə də likopenlə zəngindir. Bu maddələr hüceyrələri sərbəst radikalların zərərli təsirindən qoruyur.
Həzmi yaxşılaşdırır. Tərkibindəki su və lif bağırsaqların normal fəaliyyətini dəstəkləyir, qəbizliyin qarşısını almağa kömək edir.
Əzələ ağrılarını azalda bilər. Qarpızda olan sitrulinin intensiv fiziki fəaliyyətdən sonra əzələlərin bərpasına müsbət təsir göstərə biləcəyi bildirilir.
Dərinin sağlamlığını qoruyur. C vitamini kollagen sintezini dəstəkləyir, A vitamini isə dəri hüceyrələrinin yenilənməsinə kömək edir.
Aşağı kalorilidir. 100 qram qarpızda təxminən 30 kalori var. Bu səbəbdən normada qəbul edildikdə çəkiyə nəzarət edənlər üçün uyğun seçim hesab olunur.
Həkimlər qeyd edirlər ki, qarpız faydalı olsa da, şəkərli diabet və ya böyrək xəstəlikləri olan şəxslər onu həkim məsləhəti ilə və ölçülü şəkildə qəbul etməlidirlər. Həddindən artıq qarpız yemək bəzi insanlarda həzm pozğunluğu və qan şəkərinin yüksəlməsinə səbəb ola bilər. (Axşam.az)
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.
İsti günlərdə sərinləmək üçün restoranlarda içkilərimizə bol-bol buz əlavə edilməsini istəyirik. Lakin bəzi mütəxəssislər bunun yanlış bir davranış olduğunu bildirir. Mütəxəssislərin açıqlamalarına görə, restoranlarda buzdan imtina etmək üçün çox ciddi və məntiqli səbəblər var.
Əgər siz gecənin bir yarısı oyanırsınızsa, saata baxmaq və ya mesajları yoxlamaq, sosial şəbəkələrə nəzər yetirmək üçün telefonunuza əl atmayın. Demək olar ki, hamı bu cür "mini sörfinq"in nəticələrinə əhəmiyyət vermir...