Əlavə xərc tələb etməyən və sağlamlığı yaxşılaşdıran beş səhər vərdişi
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.
Onun tövsiyələrini "Daily Mirror" nəşri dərc edib.
Əmir Xanın sözlərinə görə, günə bir stəkan su ilə başlamaq lazımdır, çünki yuxudan sonra orqanizm maye çatışmazlığı yaşayır. Həmçinin həkim səhər ən azı 10-20 dəqiqəlik küçəyə çıxmağı tövsiyə edib, çünki günəş işığı bioloji saatını tənzimləməyə, yuxunu yaxşılaşdırmağa və gün ərzində enerji səviyyəsini artırmağa kömək edir.
Mütəxəssis daha bir faydalı vərdiş kimi ot üzərində ayaqyalın gəzməyi göstərib. Onun sözlərinə görə, belə təcrübə ayaqlarda sinir uclarını stimullaşdırır, tarazlığın inkişaf etdirməyə və rahatlamağa kömək edir. Bundan əlavə, həkim təbiətin səslərini, məsələn, quşların oxumasını dinləməyi tövsiyə edib, çünki bunlar stresi azaltmaq və əhvali-ruhiyyəni yaxşılaşdırmaq üçün faydalıdır.
Həkimin son məsləhəti isə aramla və dərindən beş dəfə nəfəs almaqdır. Onun sözlərinə görə, bu texnika parasimpatik sinir sistemini aktivləşdirməyə, ürək döyüntüləri tezliyini azaltmağa və stresin orqanizmə təsirini azaltmağa kömək edir./Oxu.Az
İsti günlərdə sərinləmək üçün restoranlarda içkilərimizə bol-bol buz əlavə edilməsini istəyirik. Lakin bəzi mütəxəssislər bunun yanlış bir davranış olduğunu bildirir. Mütəxəssislərin açıqlamalarına görə, restoranlarda buzdan imtina etmək üçün çox ciddi və məntiqli səbəblər var.
Əgər siz gecənin bir yarısı oyanırsınızsa, saata baxmaq və ya mesajları yoxlamaq, sosial şəbəkələrə nəzər yetirmək üçün telefonunuza əl atmayın. Demək olar ki, hamı bu cür "mini sörfinq"in nəticələrinə əhəmiyyət vermir...
Artıq çəki problemi ilə mübarizə aparanların sayı hər keçən gün artır. Mütəxəssislər isə bildirir ki, düzgün seçilən qidalar həm toxluq hissini artırır, həm də sağlam şəkildə arıqlama prosesini sürətləndirə bilər.
Yaz və yay aylarında mətbəxdə çox vaxt diqqətdən kənarda qalan, birbaşa tullantıya atılan bəzi tərəvəz yarpaqlarının əslində olduqca faydalı olduğu məlum olub.