Neft bazarında böyük həyəcan: Qiymət birdən-birə 3 dollar...
ABŞ-İran münaqişəsinin yenidən alovlanması dünya neft bazarında qiymətlərin sürətlə artmasına səbəb olub.
Cia.az xəbər verir ki, Londonun ICE birjasında Brent nefti 3 dollara yaxın bahalaşaraq 79 dolları keçib. Nyu-Yorkun NYMEX burjasında WTI neftinin qiyməti isə 75 dolları keçib.
Növbəti hərraclarda bahalaşma sürəti zəifləyib, Brent 79 dollardan, WTI isə 75 dollardan aşağı düşüb.
Azərbaycan avtomobil bazarında maşının "tez satılması" (likvidliyi) onun ikinci əl dəyərini nə dərəcədə qorumasından, ehtiyat hissələrinin tapılma tezliyindən, usta sayından və yanacaq sərfiyyatından birbaşa asılıdır. Son dövrlərdə rəsmi tənzimləmələr (məsələn, 10 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsinin məhdudlaşdırılması) və hibrid/elektrik texnologiyalarına maraq bazardakı "ən sürətli satılanlar" siyahısını ciddi şəkildə yeniləyib.
Qlobal maliyyə bazarlarında aparıcı valyutaların, xüsusən də ABŞ dollarının məzənnəsində baş verən dalğalanmalar dünya iqtisadiyyatının gündəmindən düşmür. Geosiyasi gərginliklər, mərkəzi bankların faiz siyasəti və xammal bazarlarındakı qeyri-müəyyənliklər fonunda formalaşan bu dəyişikliklər milli iqtisadiyyatlara fərqli formalarda təsir göstərir. Azərbaycanın xarici ticarət dövriyyəsində idxal məhsullarının mühüm paya sahib olması valyuta bazarındakı trendlərin ölkənin daxili istehlak bazarı və qiymət dinamikası baxımından diqqətlə monitorinq edilməsini zəruri edir. Çünki xarici valyutaların dəyər qazanması və ya itirməsi birbaşa yerli bazardakı xidmət və məhsul sahələrinin maliyyə dayanıqlığına təsir etmək rıçaqlarına malikdir.
Milli Məclisdə “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən, mopedlərin texniki baxışdan keçirilməsi, qeydiyyatı, dövlət nömrə nişanlarının verilməsi, eləcə də sürücülük vəsiqəsinin alınması üçün imtahan və sənədləşmə prosesləri üzrə müxtəlif məbləğlərdə rüsumların tətbiqi nəzərdə tutulur. Təkliflər təsdiqlənərsə, moped sahibləri üçün həm ilkin qeydiyyat, həm də sürücülük vəsiqəsi əldə etmə xərcləri artmış olacaq.