banner
banner

Gündəm

Beynəlxalq dil sertifikatları tanınmır? — DİM-dən açıqlama

Beynəlxalq dil sertifikatları tanınmır? — DİM-dən açıqlama

Dövlət İmtahan Mərkəzi beynəlxalq dil sertifikatlarını qəbul etmədiyi ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb.

Cia.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq DİM-dən məlumat verilib.

Bildirilib ki, Mərkəz yalnız beynəlxalq dil imtahanlarının rəsmi imtahan mərkəzlərində keçirilmiş nəticələrini məqbul hesab edir.

“Beynəlxalq dil sertifikatlarının tanınması ilə bağlı tətbiq olunan yanaşma öncədən ictimaiyyətə açıqlanıb. Bu barədə DİM-in rəsmi internet səhifəsində, eləcə də “Doktorantura – 2026” jurnalında məlumat verilib. Orada qeyd olunur ki, TOEFL iBT Home Edition və IELTS-in onlayn versiyaları üzrə əldə olunan nəticələrin etibarlılığı və obyektivliyi ilə bağlı risklər nəzərə alınaraq, zərurət yarandıqda namizədlərin dil biliyinin səviyyəsini dəqiqləşdirmək, əlavə izahat almaq və ya dil bacarıqlarını yoxlamaq məqsədilə üzbəüz formatda müsahibə və ya qiymətləndirmə xarakterli görüşlər keçirilir”, - deyə məlumatda bildirilib.

DİM-dən qeyd edilib ki, dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələri də qəbul siyasətlərinə uyğun olaraq bu tip imtahan nəticələrini ya ümumiyyətlə qəbul etmir, ya da onlarla bağlı əlavə yoxlama və ya məhdudiyyətlər tətbiq edir.

“Bu səbəbdən Dövlət İmtahan Mərkəzinin yanaşması beynəlxalq praktikadan kənar və ya istisna xarakterli hesab edilə bilməz. Eyni zamanda qeyd edilməlidir ki, ETS tərəfindən də TOEFL iBT Home Edition sertifikatlarının qəbul edilib-edilməməsi məsələsi ali təhsil müəssisələrinin və nəticəni qəbul edən təşkilatların səlahiyyətinə verilib. Başqa sözlə, ETS Home Edition nəticələrinin bütün qurumlar tərəfindən mütləq qəbul edilməsini tələb etmir. Bu barədə qərar qəbul edən təşkilatın daxili qaydaları və qiymətləndirmə siyasəti əsasında müəyyən edilir”, - deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, sosial şəbəkələrdə doktoranturaya qəbul üçün sənəd təqdim edən namizədlərin beynəlxalq ingilis dili sertifikatlarının DİM tərəfindən tanınmaması, əvəzində onlardan yenidən dil imtahanı və ya müsahibə tələb olunması ilə bağlı məlumatlar yayılmışdı.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Əcnəbi turistlərin azalma səbəbi bəlli oldu

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycana gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azalaraq 1 milyon 92,6 min nəfər olub. Xüsusilə körfəz ölkələrindən gələn turistlərin sayında 31,4 faizlik azalma qeydə alınıb.

Həmin sürücüləri 100 manat cərimə gözləyir — Açıqlama

Sosial şəbəkələrdə azyaşlı uşaqların avtomobillərin ön oturacağında əyləşdirildiyini əks etdirən görüntülər yayılıb. Bu cür hallar ictimai müzakirələrə səbəb olur və uşaqların avtomobildə təhlükəsiz daşınması məsələsini yenidən gündəmə gətirir.

Azərbaycanda taksi fəaliyyəti dəyişir — Açıqlama

Dünyanın bir sıra ölkələrində süni intellekt və sensor texnologiyaları ilə idarə olunan sürücüsüz avtomobillər artıq real istifadəyə verilib. Xüsusilə taksi xidmətlərində tətbiq edilən bu nəqliyyat vasitələrində sərnişin avtomobilə əyləşir və avtomobil sürücünün iştirakı olmadan təyin olunan ünvana hərəkət edir.

22 iyul – sözün rəsmi ifadəsi günü

22 iyul millətin intibaha açılan qapısı, milli oyanışının başlanğıcıdır. Məhz bu tarixdə xalq sözünə sahib çıxaraq kimliyini, ana dilini və mənəvi dəyərlərini qorumaq yolunda mühüm addım atdı. 1875-ci ilin 22 iyulunda Azərbaycanda söz rəsmiyyət, tribuna və milli oyanışın ifadəsi oldu. Bütün çətinliklərə və basqılara baxmayaraq böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabi tarixi ilkə imza ataraq “Əkinçi” qəzetini nəşr etdirdi və bununla da Azərbaycan milli mətbuatının təməlini qoydu. Patriarxal mühitin qatı qaranlığında cəhalətə və mövhumata qarşı ideoloji savaş açan Həsən bəy Zərdabi zülməti maarif nuru ilə yararaq xalqın milli özünüdərkinə, azad fikrin formalaşmasına və mütərəqqi ideyaların kök salmasına yol açdı.

Bələdiyyə sədrinin qardaşı lotoreyada BÖYÜK MƏBLƏĞDƏ PUL UDDU

ABŞ-ın Arkanzas ştatında yerləşən North Little Rock şəhərinin meri Terri Hartvikin qardaşı ölkə tarixinin ən böyük lotereya uduşlarından birinin sahibi olub. 2025-ci ilin dekabrında keçirilən Powerball tirajında qalib gələn şəxsin Treysi L. Hartvik olduğu rəsmi şəkildə açıqlanıb.