banner
banner

Gündəm

“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar

“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar

"Digital Classifieds" OÜ şirkətinin Azərbaycan Respublikasındakı filialı ləğv olunduğunu elan edib.

Cia.az Valyuta.az-a istinadən xəbər verir ki, kreditorlar tələblərini iki ay ərzində AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 75 ünvanına təqdim edə bilərlər.

Qeyd edək ki, "Digital Classifieds" Azərbaycanda istifadəçilərə avtomobil, daşınmaz əmlak, müxtəlif məhsulların alqı-satqısı, eləcə də iş elanları üzrə xidmət göstərən dörd onlayn platformanın hazırlanması, idarə olunması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir.

Azərbaycan internet bazarında fəaliyyət göstərən bu platformaların rəhbəri kimi Mixail Lomtadzenin adı çəkilir. 2021-ci il avqustun 16-da şirkət dövlət qeydiyyatına alınıb, hüquqi ünvanı isə Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi 75-dir. Şirkətin qanuni təmsilçisi Gürcüstan vətəndaşı Mamuka Kırvalıdzedir.

"Digital Classifieds" Qazaxıstanın aparıcı texnologiya şirkətlərindən olan "Kaspi.kz" qrupuna daxildir. Şirkət ölkənin ən çox ziyarət olunan elan platformalarından olan "Turbo.az", "Tap.az", "Boss.az" və "Bina.az"ın operatorudur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ

Naxçıvan Muxtar Respublikası ilə Bakı arasında yeganə nəqliyyat dəhlizi olan hava əlaqəsində son aylarda ciddi fasilələr, reyslərin kütləvi şəkildə təxirə salınması və ləğv olunması halları müşahidə edilir. Statistikaya nəzər saldıqda, bu il ötən illərlə müqayisədə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşların daha çox ləğv edildiyi görünür.

Səfirlik Bakıda yeni bina tikəcək

Türkmənistanın İnşaat və Memarlıq Nazirliyi Azərbaycanın paytaxtı Bakıda öz səfirliyinin yeni inzibati binasının inşası məqsədilə beynəlxalq müsabiqə elan edib.