Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır - TƏFƏRRÜAT
Kəlbəcər rayonunun Çəpli kəndində axtarışları davam edən 2015-ci il təvəllüdlü Yaqub Zabil oğlu Abutalıbovun çaya düşməsinin detalları məlum olub.
Kəlbəcər rayonunda Bərpa Tikinti və İdarəetmə Xidmətindən "Report"a verilən məlumata görə, iyulun 12-də azyaşlı ailə üzvləri ilə birlikdə arıçılıq fəaliyyəti ilə məşğul olduqları ərazidə olarkən su götürmək məqsədilə çaya yaxınlaşıb və ehtiyatsızlıq nəticəsində suya düşüb.
Hadisə zamanı ailə üzvləri də yaxınlıqda olublar. Çay sahilində içərisində su olan bidon aşkarlanıb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə qüvvələri və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ərazidə intensiv axtarış-xilasetmə tədbirləri davam etdirilir. Eyni zamanda, FHN-in dalğıc-xilasediciləri tərəfindən sualtı axtarış işləri həyata keçirilir.
Güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan şəxs Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.
Astroloqların proqnozlarına görə, iyul ayında bəzi tarixlər yeni başlanğıclar, maliyyə uğurları və şəxsi münasibətlər baxımından daha əlverişli enerji ilə seçilə bilər.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
İyulun 16-da paytaxtın və Lənkəranın bir sıra ərazilərində aparılacaq təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.