banner
banner

Sİyasət

İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi

İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi

Azərbaycan Prezidenti İlham Əliyev dəvətini qəbul edib Qarabağa səfər etdiyinə görə Slovakiya Prezidenti Peter Pelleqriniyə təşəkkürünü bildirib.

Cia..az xəbər verir ki, dövlət başçısı Şuşada slovakiyalı həmkarı ilə birgə mətbuata bəyanatla çıxışı zamanı ticarət, iqtisadi əlaqələr, energetika, hərbi-texniki sahədə əməkdaşlıq və digər sahələrin prioritet təşkil etdiyini vurğulayıb.

İlham Əliyev bundan sonra da münasibətlərin inkişaf edəcəyinə əmin olduğunu söyləyib:

"Bütün bu məsələlər ətrafında çox səmimi və açıq müzakirələr apardıq. Nümayəndə heyətlərinin üzvləri daim təmasdadır. Slovakiya Prezidentinin səfəri sabah Bakıda davam etdiriləcək. Bir daha mənim dəvətimi qəbul etdiyi, səfərini Qarabağ etdiyi üçün ona təşəkkür edirəm. Bu bir daha münasibətlərimizin nə qədər səmimi və mehriban olduğunu göstərir. Əminəm ki, bundan sonra da münasibətlərimiz inkişaf edəcək. Çünki biz konkret işlərin tərəfdarıyıq".

Azərbaycan lideri əlavə edib ki, hər iki ölkə ikitərəfli münasibətlərə çox böyük önəm verir:

"Son illər ərzində çox güclü tərəfdaşlığın yaradıldığını deyə bilərəm. Eyni zamanda, Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana ilk dəfə səfər etmir. Slovakiyadan olan yüksək vəzifəli şəxslər arasında birinci insan idi – hələ əvvəlki vəzifədə olarkən Azərbayacan səfər etmişdir. Həm parlament sədri kimi, həm baş nazir kimi - prezident kimi də bizim beynəlxalq iqlim konfransında iştirak etmişdir. Bu gün də rəsmi səfərlə Azərbaycandadır".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu, artıq keçmişdə qaldı - İlham Əliyev

Artıq köçkün həyatı keçmişdə qaldı, indi doğma Qarabağ torpağında qürurla, fəxarətlə yaşayacaqsınız, quracaqsınız, böyüklərə, ağsaqqallara, ağbirçəklərə yaxşı baxacaqsınız. Uşaqlara yaxşı baxacaqsınız.

Bu, artıq keçmişdə qaldı - İlham Əliyev

Artıq köçkün həyatı keçmişdə qaldı, indi doğma Qarabağ torpağında qürurla, fəxarətlə yaşayacaqsınız, quracaqsınız, böyüklərə, ağsaqqallara, ağbirçəklərə yaxşı baxacaqsınız. Uşaqlara yaxşı baxacaqsınız.

Prezident bu vəzifəni energetika nazirinə həvalə etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında sərəncam imzalayıb.