banner
banner

Sosİal

Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı

Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı

Bu ilin birinci yarısında pensiya ödənişlərinə ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz (368 milyon manat) çox - ümumilikdə 3 milyard 916 milyon manat vəsait xərclənib.

Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Cia.az-a verilən məlumata görə, ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. İyulun 1-nə olan göstəricilərə əsasən, orta aylıq pensiyanın məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 594 manata, yaşa görə orta aylıq pensiya isə 632 manata çatıb.

Həmçinin cari ilin ilk yarısında 23 min pensiya e-sistem üzərindən proaktiv qaydada təyin edilib. Elektron təyinatın tətbiq olunduğu 2019-cu ildən bəri bu xidmətdən yararlananların sayı 201 minə çatıb.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

4 rayonda İŞIQ OLMAYACAQ

Bu gün Bakının Yasamal, Nizami, Səbail və Suraxanı rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq.

Xırdalanda yaşayış binasındakı YANĞIN

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bakıda yağış yağacaq, şimşək çaxacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Bu ərazilərdə işıq olmayacaq

İyulun 16-da paytaxtın və Lənkəranın bir sıra ərazilərində aparılacaq təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.