Bu gündən 2026-2027-ci tədris ili üzrə məktəbəhazırlıq qrupları üçün məktəb seçimi başlayıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin məlumatına görə, Bakı şəhəri üzrə seçim prosesi 21 iyul saat 15:00-dan etibarən başlayıb və valideynlər artıq məktəb seçimi edə bilərlər.
Saat 11:00-dan başlayaraq Bakı şəhəri istisna olmaqla, ölkənin digər rayon və şəhərlərində məktəb seçimi başlayıb.
"Tədris digər dillərdə aparılan bölmələr üzrə isə 22 iyul saat 11:00-da başlayacaq", - MÜTDA-nın mətbuat xidmətinin məlumatında bildirilib.
Qeydiyyat "mektebeqebul.edu.az" portalı üzərindən aparılır və 14 sentyabr saat 18:00-a qədər davam edəcək.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarına yalnız 2021-ci il təvəllüdlü, yəni cari ildə 5 yaşı tamam olan uşaqlar qəbul olunur.
2026-2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat prosesi 10 iyuldan etibarən başlayıb.
Xatırladaq ki, MÜTDA-nın rəsmi saytındakı məlumatlara görə, 06 may 2026-cı il tarixindən etibarən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.
Bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib. Birinci sinfə qeydiyyat zamanı uşaqların şəxsiyyət vəsiqəsinin olması mütləqdir. Uşaqların məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığın təmin edilməsi əsas hədəflərdəndir.
2026-cı il üzrə müəllimlərin sertifikatlaşdırılması prosesində ən yüksək uğur göstəricisi texnologiya fənnini tədris edən müəllimlər arasında qeydə alınıb.
Yeni tədris ilinin başlanmasına iki aydan çox vaxt qalsa da, valideynləri indidən maraqlandıran əsas məsələ məktəbli formalarının qiymətidir. Bəs bu il qiymətlərdə dəyişiklik gözlənilir?
Ali təhsil müəssisələrinin magistraturalarına 14 iyun 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının (II cəhd, təkrar) yekun nəticələrini elan edilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək onları məsuliyyətli olmağa çağırır.
Bakıda 315 nömrəli tam orta məktəbdə 8-ci sinif şagirdinə qarşı müəllim tərəfindən qeyri-etik davranış göstərildiyi ilə bağlı iddia gündəmə gəlmişdi. Valideynin sözlərinə görə, şagirdin dərs zamanı saqqız çeynəməsi səbəbilə müəllim onunla sərt rəftar edib və bu, ictimai müzakirələrə səbəb olub.