banner
banner

Gündəm

Həmin sürücüləri 100 manat cərimə gözləyir — Açıqlama

Həmin sürücüləri 100 manat cərimə gözləyir — Açıqlama

Sosial şəbəkələrdə azyaşlı uşaqların avtomobillərin ön oturacağında əyləşdirildiyini əks etdirən görüntülər yayılıb. Bu cür hallar ictimai müzakirələrə səbəb olur və uşaqların avtomobildə təhlükəsiz daşınması məsələsini yenidən gündəmə gətirir.

Bu tələblərin pozulmasına görə sürücülər üçün hansı inzibati məsuliyyət və cərimələr tətbiq edilir? Azyaşlı uşaqların avtomobilin ön oturacağında əyləşdirilməsinə hansı hallarda icazə verilir?

Demokrat.az-a bu barədə açıqlama verən hüquqşünas Elnur Məmmədov bildirib ki, sosial şəbəkələrdə azyaşlı uşaqların avtomobillərin ön oturacağında əyləşdirilməsini əks etdirən görüntülərlə bağlı əsas hüquqi məsələ uşağın hansı oturacaqda yerləşdirilməsi deyil, onun təhlükəsizlik tələblərinə uyğun daşınıb-daşınmamasıdır:

“”Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, 12 yaşına çatmamış uşaqların minik avtomobilində daşınması zamanı onların təhlükəsizliyini təmin edən xüsusi qurğulardan istifadə edilməlidir. Belə ki, uşağın ön oturacaqda daşınmasına yalnız onun yaşına, boyuna və çəkisinə uyğun xüsusi uşaq təhlükəsizlik qurğusu quraşdırıldığı halda yol verilə bilər.

Xüsusilə qeyd edilməlidir ki, uşağın sadəcə ön oturacaqda olması deyil, təhlükəsizlik qurğusundan istifadə edilməməsi və ya sərnişinlərin daşınması qaydalarının pozulması da hüquqi məsuliyyət yaradır.
Belə hallara görə məsuliyyət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulur. Həmin maddəyə əsasən, sərnişinlərin daşınması qaydalarının pozulmasına görə sürücü 100 manat məbləğində inzibati cərimə edilir”.

Hüquqşünas vurğulayıb ki, qanunun məqsədi uşağın avtomobildə yerləşdirilməsini məhdudlaşdırmaq deyil, qəza zamanı onun xəsarət alma riskini minimuma endirməkdir:

“Buna görə də sürücülər azyaşlı sərnişinləri yalnız təhlükəsizlik kəmərləri və yaş xüsusiyyətlərinə uyğun xüsusi qoruyucu vasitələrlə təmin etməli, uşağın fiziki göstəricilərinə uyğun olmayan oturacaqdan istifadə etməməlidirlər. Azyaşlı uşağın ön oturacaqda daşınması yalnız xüsusi təhlükəsizlik qurğusundan istifadə edilməklə mümkündür. Bu tələbə əməl edilmədikdə isə məsələ uşağın ön və ya arxa oturacaqda olmasından deyil, sərnişin daşıma qaydalarının pozulmasından irəli gələn inzibati məsuliyyət kimi qiymətləndirilir”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycanda taksi fəaliyyəti dəyişir — Açıqlama

Dünyanın bir sıra ölkələrində süni intellekt və sensor texnologiyaları ilə idarə olunan sürücüsüz avtomobillər artıq real istifadəyə verilib. Xüsusilə taksi xidmətlərində tətbiq edilən bu nəqliyyat vasitələrində sərnişin avtomobilə əyləşir və avtomobil sürücünün iştirakı olmadan təyin olunan ünvana hərəkət edir.

22 iyul – sözün rəsmi ifadəsi günü

22 iyul millətin intibaha açılan qapısı, milli oyanışının başlanğıcıdır. Məhz bu tarixdə xalq sözünə sahib çıxaraq kimliyini, ana dilini və mənəvi dəyərlərini qorumaq yolunda mühüm addım atdı. 1875-ci ilin 22 iyulunda Azərbaycanda söz rəsmiyyət, tribuna və milli oyanışın ifadəsi oldu. Bütün çətinliklərə və basqılara baxmayaraq böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabi tarixi ilkə imza ataraq “Əkinçi” qəzetini nəşr etdirdi və bununla da Azərbaycan milli mətbuatının təməlini qoydu. Patriarxal mühitin qatı qaranlığında cəhalətə və mövhumata qarşı ideoloji savaş açan Həsən bəy Zərdabi zülməti maarif nuru ilə yararaq xalqın milli özünüdərkinə, azad fikrin formalaşmasına və mütərəqqi ideyaların kök salmasına yol açdı.

Bələdiyyə sədrinin qardaşı lotoreyada BÖYÜK MƏBLƏĞDƏ PUL UDDU

ABŞ-ın Arkanzas ştatında yerləşən North Little Rock şəhərinin meri Terri Hartvikin qardaşı ölkə tarixinin ən böyük lotereya uduşlarından birinin sahibi olub. 2025-ci ilin dekabrında keçirilən Powerball tirajında qalib gələn şəxsin Treysi L. Hartvik olduğu rəsmi şəkildə açıqlanıb.

Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ

Əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Nazirlər Kabinetinin qərarı ilə əhalinin siyahıyaalınmasına yardım üzrə Mərkəzi Komissiya yaradılacaq.

TƏCİLİ! Nazirlər toplandı - İclas keçirilir

Birləşmiş Millətlər Təşkilatının "Əhalinin və mənzil fondunun 2030-cu il siyahıyaalınmasının Ümumdünya Proqramı"na dair Qətnaməsinə əsasən üzv dövlətlər 10 ildə bir dəfədən az olmayaraq əhalinin siyahıyaalınmasını keçirməlidirlər.

Ali Məhkəmə mühüm məlumat yaydı

Çoxmənzilli binalardan mənzil alan şəxslərlə bina tikən şirkətlər arasında ən çox rast gəlinən mübahisələrdən biri mənzilin sahəsi ilə bağlıdır. Əksər hallarda alıcı daşınmaz əmlakın dövlət reyestrindən aldığı çıxarışda qeyd olunan sahənin müqavilədə göstərilən sahədən az olduğunu gördükdə şirkətin müqaviləni pozduğunu hesab edir.