Təxminən 350 min avstraliyalı 50 yaşına çatarkən poçt qutusunda digər məktublardan fərqli bir məktubla qarşılaşacaq.
Cia.az bildirir ki, Avstraliya hökuməti 1 iyul 2025-ci ildən 30 iyun 2026-cı ilədək 50 yaşına çatan şəxslərə demensiya riskini azaltmağa yönəlmiş tövsiyələrin yer aldığı məktublar göndərməyə başlayıb.
Demensiya üzrə mütəxəssislərin rəyləri nəzərə alınaraq hazırlanan məktublarda gündəlik həyatda dəyişdirilə biləcək vərdişlərə xüsusi diqqət yetirilir. Tövsiyələrin əsasında alkoqol qəbulunun azaldılması, sağlam qidalanma və siqaretdən imtina dayanır. Bununla yanaşı, ürək-damar xəstəlikləri və diabet riskinin nəzarətdə saxlanılması, beyin sağlamlığının qorunması və zehni fəaliyyətin aktiv tutulması tövsiyə edilir.
Məktubu alan şəxslər həmçinin pulsuz fərdi demensiya riskinin qiymətləndirilməsindən yararlana biləcəklər.
Kampaniyanın əsas məqsədi demensiya riskinin qarşısını almaq və ya onu azaltmaq üçün tədbirlərə daha erkən yaşlarda başlamağın vacibliyinə diqqət çəkməkdir.
Hazırda Avstraliyada təxminən 460 min insan demensiya ilə yaşayır. Əhalinin yaşlanması fonunda bu rəqəmin 2065-ci ilə qədər 1,1 milyona çatacağı proqnozlaşdırılır.
Mütəxəssislər mühüm bir məqama diqqət çəkirlər: araşdırmalar demensiya hallarının təxminən yarısının məlum və dəyişdirilə bilən risk faktorlarına vaxtında müdaxilə etməklə gecikdirilə və ya qarşısı alına bilinəcəyini göstərir.
Onların fikrincə, beyin sağlamlığını qorumaq yalnız siqareti tərgitmək və sağlam qidalanmaqla məhdudlaşmır. Eşitmə və görmə problemlərinin müalicəsi, depressiyanın vaxtında aradan qaldırılması və sosial əlaqələrin qorunması da demensiya riskinə təsir edə bilən amillər sırasında göstərilir.
İki əsrdən çox əvvəl azərbaycanlı diplomat Avropanın ən nüfuzlu gizli təşkilatlarından birinə qəbul edilib. Musavat.com xəbər verir ki, bu barədə "Milli Kimlik" tarixi mənbələrə istinadla məlumat yayıb.
Avropa sakinləri son onilliklərin ən möhtəşəm astronomik hadisələrindən birinə hazırlaşırlar. Artıq bu ilin yayında - 12 avqust 2026-cı il tarixində son 27 ildə ilk dəfə tam günəş tutulmasını izləmək mümkün olacaq.
Finlandiyada turistləri bölgəyə cəlb etmək üçün qeyri-adi layihəyə start verilib. Ölkənin şimalındakı Laplandiya bölgəsində yerləşən Levi kurortunun ərazisində dəyəri təxminən 23 min dollar (təxminən 1 milyon 57 min manat) olan qızıl külçə gizlədilib. Onu tapan şəxs qızılın sahibi olacaq.
İyun ayı ulduzların bizə qarşı xüsusilə comərd olduğu bir dövrdür. Astrolojik proqnozlara görə, bu ay elə günlər var ki, uğur sanki öz ayağı ilə gəlir. Həyatınızda yenilik etmək və ya yeni layihəyə başlamaq istəyirsinizsə, mütləq bu tarixləri seçməlisiniz.
Pendir təkcə qida dəyərinə görə deyil, əhvala müsbət təsiri ilə də faydalı məhsul hesab olunur.
Cia.az xəbər verir ki, dietoloqlar pendirin tərkibindəki zülalın orqanizm tərəfindən yaxşı mənimsənildiyini bildiriblər