Kənd Təsərrüfatı Nazirliyi kadr seçimində tam rəqəmsal modelə keçid edərək Mərkəzləşdirilmiş İşə Qəbul Portalını istifadəyə verib.
Cia.az xəbər verir ki, dövlət qulluğu xaricindəki bütün vakansiyalar üzrə müraciətlərin vahid platformadan qəbulunu nəzərdə tutan layihə prosesin şəffaflığını artırmaq, prosedurları sürətləndirmək və namizədlər üçün imkanları genişləndirmək məqsədi daşıyır. Artıq ilk mərhələdə vətəndaşlar portalda şəxsi kabinet açaraq sənədlərini onlayn idarə etmək hüququ qazanıblar.
Gələcəkdə isə sistemə süni intellekt texnologiyaları, avtomatlaşdırılmış qiymətləndirmə mexanizmləri və mərkəzləşdirilmiş imtahan modulları əlavə olunacaq ki, bu da kadr seçimində bərabərliyi təmin etməklə yanaşı, bürokratik maneələri minimuma endirəcək.
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycana gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azalaraq 1 milyon 92,6 min nəfər olub. Xüsusilə körfəz ölkələrindən gələn turistlərin sayında 31,4 faizlik azalma qeydə alınıb.