Yağışlı və çiskinli hava yollarda qəza riskini artırır. Sürücülər və piyadalar belə hava şəraitində daha diqqətli olmalı, təhlükəsizlik qaydalarına ciddi əməl etməlidirlər.
Cia.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciətində bildirilib.
Qeyd olunub ki, yağış və çiskin zamanı yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması sürücülərdən daha çox diqqət və məsuliyyət tələb edir.
Sürücülərdən hava şəraitini düzgün qiymətləndirmək, yol və hava şəraitinə uyğun sürət həddi seçmək, avtomobillərin şüşəyuyan və şüşəsilgəc sistemlərinin işlək vəziyyətdə olmasını yoxlamaq xahiş edilib.
Həmçinin zərurət olmadan qəfil manevrlər etməkdən və kəskin tormozlamadan çəkinməyin vacibliyi vurğulanıb.
Müraciətdə piyadalara da təhlükəsizlik qaydalarına ciddi əməl etmək, özlərinin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmamaq tövsiyə olunub.
Nazirlər Kabineti "İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"nın təsdiq edilməsi haqqında" 2 iyun 2023-cü il tarixli qərarında dəyişiklik edib.
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.