banner
banner

Sİyasət

Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Cia.az-a Prezidentin Mətbuat Xidmətindən məlumat verilib.

Telefon danışığı zamanı Azərbaycan ilə Pakistan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, yüksək səviyyədə mütəmadi görüşlərin və məsləhətləşmələrin ikitərəfli əlaqələrin daha da möhkəmlənməsində rolu qeyd edilib.

Baş nazir Şahbaz Şərif Pakistan xalqının Prezident İlham Əliyevə və Azərbaycan xalqına böyük hörmət və ehtiram bəslədiyini bir daha vurğulayıb.

Söhbət zamanı siyasi sahədə mövcud yüksəksəviyyəli münasibətlərin iqtisadi, ticari və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi ilə müşayiət olunmasının vacibliyi qeyd edilib.

Pakistanın Baş naziri Azərbaycanın "ASAN xidmət" modeli əsasında İslamabadda yaradılmış xidmət mərkəzinin fəaliyyətindən məmnunluğunu bildirib, bu təcrübənin Pakistanın digər bölgələrində də tətbiq olunması üçün Azərbaycan tərəfindən dəstəyin göstərilməsini xahiş edib.

Prezident İlham Əliyev bu istiqamətdə lazımi dəstəyin göstərilməsinə razılığını ifadə edib.

Pakistanın Baş naziri buna görə dövlət başçısına təşəkkür edərək, Azərbaycanın bu dəstəyini iki ölkə arasında dostluğun və həmrəyliyin növbəti bariz nümunəsi kimi qiymətləndirib.

Telefon danışığı zamanı son dövrlərdə Pakistanın regional və beynəlxalq səviyyələrdə dialoqun təşviqi, vasitəçilik və gərginliyin azaldılması istiqamətində göstərdiyi diplomatik səylər təqdir olunub.

Dövlətimizin başçısı və Pakistanın Baş naziri ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlərə, həmçinin regional və beynəlxalq vəziyyətə dair fikir mübadiləsi aparıblar.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Dövlət Komissiyasının tərkibi dəyişdi - SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

İlham Əliyev Trampla bağlı paylaşım etdi - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev ümidvar olduğunu bildirib ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında möhkəm sülhün bərqərar olması səyləri Nobel Sülh Mükafatı ilə qiymətləndiriləcək.

İlham Əliyev "Avaza" Kompleksində

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün "Avaza" Kompleksinə gəlib.

Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI

Nazirlər Kabineti 6 aprel 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edib.