"iPhone" daşıyan gəmi Hörmüz boğazında minaya düşdü
Dünya ticarətinin əsas arteriyalarından biri olan Hörmüz boğazında ciddi insident baş verib. İçərisində minlərlə elektronika məhsulu olan yük gəmisi minaya düşüb.
Cia.az xəbər verir ki, Sinqapur bayrağı altında üzən "GFS Pride" adlı konteyner daşıyıcısı oktyabrın 14-də dənizdə hərbi minaya düşərək sıradan çıxıb.
Məlumata görə, təhlükə ilə üzləşən gəmi ümumilikdə 2500-dən çox elektronika yüklü konteyner daşıyırmış. Hadisə zamanı göyərtədə olan qiymətli yüklər arasında "iPhone" smartfonları ilə dolu konteynerlərin də olduğu təsdiqlənib. Partlayışdan və gəminin zədələnməsindən sonra yükün bir hissəsi açıq dənizə səpələnib.
Hadisə bölgəsindən gələn son məlumatlara əsasən, gəminin bütün heyət üzvləri dərhal təxliyə edilib və xəsarət alan yoxdur. Lakin dənizə dağılan qutuların taleyi maraqlı mənzərələr yaradıb. Belə ki, yerli sakinlər qayıqlarla dənizə çıxaraq suya səpələnən elektronika və digər məhsulların qutularını toplayırlar.
Ekspertlər bildirirlər ki, baş verən hadisə regionda təhlükəsizlik və logistika məsələlərini bir daha gündəmə gətirib, təchizat zəncirinə ciddi təsir göstərə bilər.
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Aİ liderlərinə ümumavropa strateji qaz ehtiyatı yaratmaq ideyasını nəzərdən keçirməyi təklif edib.
ABŞ prezidenti Donald Tramp ABŞ administrasiyasının süni intellekt siyasətini əlaqələndirəcək yeni bir hökumət agentliyi olan "Superintellekt Qüvvələri"nin yaradıldığını elan edib.
İstanbulda müşahidə olunan güclü fırtına şəhərin bir çox rayonunda gündəlik həyata ciddi təsir göstərib. Güclü külək nəticəsində bəzi binaların dam örtükləri qoparaq ətrafa səpələnib, ağaclar aşıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
ABŞ prezidenti Donald Tramp iyulun 16-da xalqa ünvanlayacağı növbəti müraciətində ABŞ ilə İran arasındakı hərbi münaqişə mövzusuna toxunmaq niyyətindədir.