Bu ilin iyun ayında Cəlilabad rayonunda dayısının 27 yaşlı həyat yoldaşını qətlə yetirən 15 yaşlı Abbas Mahmudova (ad və soyadlar şərtidir) hökm oxunub.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən proses başa çatıb.
O, Cinayət Məcəlləsinin 120.2.4-cü, yəni xüsusi amansızlıqla adam öldürmə maddəsi üzrə təqsirli bilinib.
Araşdırmalar zamanı məlum olub ki, Abbasın ailəsi uzun illərdir Rusiyanın Yekaterinburq şəhərində yaşayır. Yeniyetmə bir müddət əvvəl babası tərəfindən yaxın qohumlarının yaşadığı Cəlilabad rayonuna gətirilib və dayısıgildə yaşamağa başlayıb.
Bu müddətdə yeniyetmədə dayısının arvadı Həmidəyə qarşı istək yaranıb. A.Mahmudov təklif etdiyi əxlaqsız təklifin rədd edilməsindən sonra qadını öldürmək qərarına gəlib. O, dayısının olmadığı vaxt evdə H.Məmmədovaya hücum edərək onu 11 bıçaq zərbəsi ilə qətlə yetirib. Daha sonra meyiti gizlətməyə çalışıb, lakin gücü çatmadığından həyətə ataraq bibisigilə qaçıb.
Məhkəmənin hökmü ilə yeniyetmə 7 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, ümumi rejimli tərbiyə müəssisəsinə göndərilib.
Qeyd edək ki, qanunvericiliyə görə, cinayət törətmiş yeniyetmə 10 ildən artıq cəzaya məhkum edilmir. (qafqazinfo)
Xəbər verdiyimiz kimi, iyulun 30-da paytaxtın Xətai rayonunda yerləşən “Amay” Ticarət Mərkəzinin dayanacaq hissəsində "Seaside estate" şirkətinin rəhbəri 1991-ci il təvəllüdlü Orxan Yusubov qətlə yetirilib.
Bakıda "İdrak" liseyinin riyaziyyat müəllimi Şəhla Kamilovaya qarşı silahlı hücum törətməkdə təqsirləndirilən məktəblinin cinayət işi üzrə məhkəmə araşdırması sabah – iyulun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdiriləcək. Cia.az xəbər verir ki, işə hakim Vüqar Quliyevin sədrliyi ilə baxılır.