Miras alanların nəzərinə: Vergi ilə bağlı VACİB AÇIQLAMA
Azərbaycanda vətəndaşlara miras qalan əmlak və ya vəsaitin vergiyə cəlb olunması məsələsi tez-tez müzakirə mövzusu olur. Bir çox şəxslər hesab edir ki, əldə etdikləri hər bir miras üçün vergi ödəməlidirlər.
Bəs qanunvericilik bu barədə nə deyir, mirasdan hansı hallarda vergi tutulur?
Mövzu ilə bağlı Cia.az-a açıqlama verən hüquqşünas Toğrul Məmmədov bildirib ki, Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsinə əsasən, mirasın 20 min manata qədər olan hissəsi gəlir vergisindən azaddır.
Onun sözlərinə görə, qanunvericilikdə ailə üzvləri arasında ötürülən miraslarla bağlı daha geniş güzəşt nəzərdə tutulub:
“Əgər miras fiziki şəxsə onun ailə üzvlərindən qalıbsa, həmin miras tam şəkildə vergidən azaddır. Bu halda mirasın məbləğindən və ya dəyərindən asılı olmayaraq gəlir vergisi tutulmur. Ailə üzvləri xaricində əldə olunan miraslara isə qanunvericilikdə nəzərdə tutulan güzəştlər şamil edilir”.
Hüquqşünas qeyd edib ki, vətəndaşlar miras məsələləri ilə bağlı hər hansı əməliyyat həyata keçirməzdən əvvəl qanunvericiliyin tələbləri ilə tanış olmalı, zərurət yarandıqda isə mütəxəssislərə müraciət etməlidirlər.
Beləliklə, Azərbaycanda ailə üzvlərindən qalan miras tam şəkildə vergidən azad edilir, digər hallarda isə Vergi Məcəlləsində nəzərdə tutulan güzəştlər tətbiq olunur.
Nazirlər Kabineti 8 fevral 2020-ci il tarixli qərarla təsdiq edilmiş "Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası"na dəyişikliklər edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abhay Kumarı qəbul edib.
Nazirlər Kabineti “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar bəzi qərarlarında dəyişiklik edib.
Azərbaycanda LGBT mövzusu ilə bağlı mümkün qanunvericilik məhdudiyyətləri, xüsusilə internetdə, sosial şəbəkələrdə və digər informasiya platformalarında yayılan məzmunun tənzimlənməsi məsələsi müzakirə olunur. Bəs bu istiqamətdə hansı qadağalar tətbiq edilə bilər və mümkün məhdudiyyətlər nələri əhatə etməlidir?
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 17-18 oktyabrda Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək.
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib.
Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd əl-Tani Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək məqsədilə oktyabrın 14-də Azərbaycana səfərə gəlib.