banner
banner

Şou

Nadir Qafarzadə toy təşkilatçılarını yerlə-yeksan etdi: “Tüpürüm sizin üzünüzə!”

Nadir Qafarzadə toy təşkilatçılarını yerlə-yeksan etdi:

Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.

Cia.az xəbər verir ki, Nadir Qafarzadə sosial şəbəkədə yaydığı video müraciətində bəzi toy təşkilatçılarına sərt etirazını bildirib:
“Sözüm bəzi haramzadələrədir. Söhbət toy sifarişlərindən gedir. Mən bu gün bütün musiqiçilər və müğənnilər adından danışıram. Onlar ürək eləmirlər, amma mən bacarıram danışmağı.

Bəzi təşkilatçılar var ki, toy sahiblərini elə yönləndirirlər ki, bir müğənnini pisləyib öz müğənniciklərini qabağa verirlər, toy sahiblərinin beyninə yeridirlər. Nəticədə toy sahibi istədiyi müğənnini çağıra bilmir. Yalandan pisləyirlər ki, filankəs belədir, filankəsi çağır və sairə. Heç utanmırsınız siz? Haramınız olsun sizin! Evinizə haram pul aparırsınız, haram qazanırsınız!

Bəzilərinə aiddir. Təşkilatçılar və toyla əlaqəli elə insanlar var ki, toy sahibləri onlardan məsləhət alırlar, onlar da insanları başqa yola yönəldirlər. Tüpürüm sizin üzünüzə!

Potensialımız var, gücümüz var, biz niyə də qazanmayaq? İnsan həyata pul qazanmaq, yaşamaq üçün gəlib. Biz də bunu bacarırıq, amma siz bizim haqqımıza girirsiniz. Siz şeytansınız”, – deyə müğənni bildirib.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.

"Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır" - Foto

"9 yaşından Arzu mənim tələbəmdir. Mənim üçün çox doğmadırlar. Hər uğurları mənim uğurumdur. Mən evdə olmayanda da bizə gəlib-gedir. Tələbələrimin hamısı belədir. Müəllimin üzünü ağ edən qızdır. Hər kəs əziyyət çəkir, amma hamı müəllimin etimadını doğrultmur. Hara getsək, mədəniyyətin üzünü ağ edən tələbədir. Bu il yeni quruluşda təqdim olunan "Leyli və Məcnun" tamaşasında Leyli kimi Heydər Əliyev sarayında səhnəyə çıxdı. Onun bu uğuru məni sevindirdi. Mənimlə isə ilk dəfə səhnəyə Ankarada Leyli obrazında çıxıb".