Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.
Parisdə keçirilən icazəsiz aksiyalar zamanı talançılar zəbt etdikləri məkanlardan birindən məşhur futbolçu Lionel Messinin imzası olan formasını və kapitanlıq sarğısını oğurlayıblar.
Şəbəkələrdə maskalı şəxslərin həmin dəyərli idman atributları ilə görüntüləri yayılıb.
İğtişaşçılar Parisin Sent-Onore, Yelisey Sahələri və Moncen xiyabanındakı lüks butiklərə, o cümlədən Céline, Louis Vuitton, Apple Store, Hugo Boss və Decathlon kimi brendlərin obyektlərinə basqın edərək böyük maddi ziyan vurublar.
Fransanın Daxili İşlər Nazirliyinin məlumatına görə, toqquşmalar və marodyorluq halları təkcə Parisdə deyil, Lion, Bordo, Lill və Limoş şəhərlərində də qeydə alınıb. Ölkə üzrə saxlanılanların sayısı 2 000 nəfəri keçib.(bizim.media)
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb