banner
banner

Sİyasət

TƏCİLİ: Prezidentdən TƏBİB-lə bağlı FƏRMAN

TƏCİLİ:

Prezident İlham Əliyev Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb. Cia.az fərmanın mətnini təqdim edir:

1. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (bundan sonra – publik hüquqi şəxs) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyinə verilsin.

2. Müəyyən edilsin ki:

2.1. publik hüquqi şəxsin hüquq və öhdəlikləri, habelə əmlakı Nazirliyin tabeliyində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə (bundan sonra – TƏBİB) keçir;

2.2. TƏBİB-in nizamnamə fondu publik hüquqi şəxsin əmlakı hesabına formalaşır;

2.3. TƏBİB “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək publik hüquqi şəxs fəaliyyətini davam etdirir və onun Müşahidə Şurasının səlahiyyətlərini Nazirliyin yaratdığı komissiya həyata keçirir;

2.4. TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi Nazirlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr və onun 4 (dörd) müavinindən ibarət İdarə Heyəti həyata keçirir.

3. TƏBİB-in təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. TƏBİB-in nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;

3.1.2. TƏBİB-in idarəetmə orqanlarının yaradılması;

3.1.3. TƏBİB-in yenidən təşkili və ləğvi;

3.1.4. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;

3.2. Nazirliyə:

3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. aşağıdakılarla bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

4.1.1. bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi;

4.1.2. Nazirliyin təklifləri əsasında TƏBİB-in nizamnaməsinin layihəsi, o cümlədən nizamnamə fondunun miqdarı;

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Nazirlik:

5.1. bu Fərmanın 2.3-cü bəndində nəzərdə tutulan komissiyanın yaradılmasını təmin etsin;

5.2. TƏBİB-in dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görsün;

5.3. TƏBİB dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində publik hüquqi şəxsin əmlakının aidiyyəti üzrə TƏBİB-in balansına verilməsi üçün müvafiq tədbirlər görsün;

5.4. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Prezidentdən şəhid ailələri və müharibə əlilləri ilə bağlı Sərəncam

Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil və ya fərdi evlərlə, eləcə də onların reabilitasiya vasitələri və reabilitasiya xidməti ilə təmin edilməsi 2022-2029-cu illərdə formalaşmış dövlət icbari şəxsi sığorta vəsaiti hesabına həyata keçiriləcək.

Prezident onları təltif etdi – SİYAHI

Prezident İlham Əliyev Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli Məclisdən SƏRT BƏYANAT: “İstənilən həmlə cavabsız qalmayacaq”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında dövlətimizin orta güc olaraq meydana çıxması, qətiyyətli xarici siyasəti, beynəlxalq nüfuzunun ildən-ilə artması, beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfə, regional tranzit dəhlizlərindəki strateji əhəmiyyəti və ölkədaxili siyasi-iqtisadi sabitlik xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyasını xeyli artırıb.

Prezident İlham Əliyevdən MÜHÜM FƏRMAN

Prezident İlham Əliyev "Rəqəmsal rabitə" informasiya sisteminin (RRİS) yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.

Türkmənistan Prezidenti Azərbaycana GƏLDİ

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün oktyabrın 15-də Azərbaycan Respublikasına səfərə gəlib.