Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Cia.az xəbər verir ki, “PLOS Medicine” jurnalında dərc olunan araşdırmaya əsasən, fastfud ətləri kimi ultra emal olunmuş ət məhsullarının qəbulu bağırsaq xərçəngi riskinin artması ilə əlaqələndirilib. Tam taxıl, lif, süd məhsulları və kalsiumla zəngin bəzi qidaların isə daha aşağı riskli olduğu qeydə alınıb.
ABŞ-də 460 mindən çox yetkin insanın qidalanma məlumatlarının təxminən 20 il ərzində təhlili nəticəsində 10 min 75 nəfərdə bağırsaq xərçəngi aşkarlanıb. Tədqiqatçılar ultra emal olunmuş qidaların 10 faizinin eyni miqdarda minimal emal olunmuş qidalarla əvəzlənməsinin xəstəlik hallarının 2 faiz azalması ilə əlaqəli olduğunu müəyyən ediblər.
Alimlər sağlam qidalanmanın əhəmiyyətini vurğulayaraq, qida dəyəri yüksək məhsullara üstünlük verilməsini, əlavə şəkər, duz və doymuş yağlarla zəngin qidaların isə məhdudlaşdırılmasını tövsiyə ediblər.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.
İsti günlərdə sərinləmək üçün restoranlarda içkilərimizə bol-bol buz əlavə edilməsini istəyirik. Lakin bəzi mütəxəssislər bunun yanlış bir davranış olduğunu bildirir. Mütəxəssislərin açıqlamalarına görə, restoranlarda buzdan imtina etmək üçün çox ciddi və məntiqli səbəblər var.
Əgər siz gecənin bir yarısı oyanırsınızsa, saata baxmaq və ya mesajları yoxlamaq, sosial şəbəkələrə nəzər yetirmək üçün telefonunuza əl atmayın. Demək olar ki, hamı bu cür "mini sörfinq"in nəticələrinə əhəmiyyət vermir...