İraq hökuməti İranla sərhəd keçid məntəqələrinin əksəriyyətini "növbəti xəbərdarlığa qədər" bağlayıb.
Cia.az xəbər verir ki, məlumatı Shafak News yayıb.
Bildirilir ki, bu addım Bağdadın "Səudiyyə Ərəbistanına sentyabr ayında İraq ərazisindən həyata keçirilən hücumlarda Tehranın iştirakına dair sübutları"ndan sonra atılıb.
Mənbəyə görə, İranla sərhəd keçid məntəqəsinin bağlanması əmri şəxsən Baş nazir Əli əl-Zeydi tərəfindən verilib. İraq hakimiyyəti hesab edir ki, İranı yalnız Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəmərinə edilən hücumda iştirak etməyib, həm də sərhəd ərazilərinə dronların yığılması üçün komponentlər idxal edib və bu komponentlər daha sonra Səudiyyə Ərəbistanına hücumlar üçün istifadə edilib.
İraq və İran rəsmiləri hələlik bu məlumatla bağlı şərh verməyiblər.
Xatırladaq ki, Şərq-Qərb neft kəmərinə hücum 11 sentyabrda baş verib.
Növbəti gün, 12 sentyabrda İraqın baş naziri, boru kəmərinə hücum edən PUA-ların İraq ərazisindən atıldığını təsdiqlədikdən sonra Maysan əyalətinin əməliyyat komandanlığının komandirini vəzifəsindən azad edib.
Türkiyənin şimal-qərb hissəsində, o cümlədən İstanbul, Mərmərə dənizi regionu və Qara dənizin qərb sahillərində şənbə günü üçün narıncı meteoroloji təhlükə kodu elan olunub.
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Aİ liderlərinə ümumavropa strateji qaz ehtiyatı yaratmaq ideyasını nəzərdən keçirməyi təklif edib.
Dünya ticarətinin əsas arteriyalarından biri olan Hörmüz boğazında ciddi insident baş verib. İçərisində minlərlə elektronika məhsulu olan yük gəmisi minaya düşüb.
ABŞ prezidenti Donald Tramp ABŞ administrasiyasının süni intellekt siyasətini əlaqələndirəcək yeni bir hökumət agentliyi olan "Superintellekt Qüvvələri"nin yaradıldığını elan edib.
İstanbulda müşahidə olunan güclü fırtına şəhərin bir çox rayonunda gündəlik həyata ciddi təsir göstərib. Güclü külək nəticəsində bəzi binaların dam örtükləri qoparaq ətrafa səpələnib, ağaclar aşıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
ABŞ prezidenti Donald Tramp iyulun 16-da xalqa ünvanlayacağı növbəti müraciətində ABŞ ilə İran arasındakı hərbi münaqişə mövzusuna toxunmaq niyyətindədir.