Azərbaycan və Gürcüstan Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
Azərbaycan və Gürcüstan oktyabrın sonunda iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasını keçirəcək.
Cia.az xəbər verir ki, bu barədə "Report"a Gürcüstanın Azərbaycandakı səfiri Giorgi Zakaraşvili bildirib.
Onun sözlərinə görə, iclas zamanı tərəflər ikitərəfli münasibətlərin aktual məsələlərini nəzərdən keçirmək niyyətindədirlər: "Biz çox şadıq ki, iclası təşkil etmək mümkün oldu. Biz Baş naziri (Azərbaycanın - red.) Gürcüstanda gözləyirik və strateji tərəfdaşlıq ruhunda irəliləməyimizə kömək edəcək ikitərəfli münasibətlərin bütün aktual məsələlərini müzakirə etməyə ümid edirik".
G.Zakaraşvili, həmçinin Azərbaycan və Gürcüstanın xarici siyasət idarələri arasında siyasi məsləhətləşmələrin növbəti raundunun keçirilməsi perspektivlərini şərh edib.
O xatırladıb ki, hər iki ölkənin xarici işlər nazirləri Hökumətlərarası Komissiyanın tərkibinə daxildirlər və qarşıdan gələn iclas çərçivəsində aktual məsələləri müzakirə edə biləcəklər: "Ümid edirəm ki, onlar həm nazirlər səviyyəsində, həm də xarici işlər nazirlikləri arasında məsləhətləşmələrin keçirilməsinin daha konkret tarixlərini razılaşdıracaqlar".
Qeyd edək ki, Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan və Gürcüstanın baş nazirləri Əli Əsədov və İrakli Kobaxidzedir.
2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstərə bilər.
Oktyabrın 21-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda I Ailə Forumu keçirilib.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) strateji əhəmiyyətli Hörmüz boğazında dörd gəminin vurulduğunu, daha üç gəminin isə minaya düşdüyünü rəsmən elan edib.
Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısının alınması məqsədilə bu il oktyabrın 1-dən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydaları dəyişib.
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri real ifadədə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz artaraq 12 milyard 26 milyon manat təşkil edib.
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib.
Oktyabrın 20-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın, Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayevanın və Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyevanın üçtərəfli görüşü olub.
“Azərbaycan Mətbuat Şurası Türkiyənin bir sıra media resurslarında və sosial şəbəkə platformalarında ölkəmizə qarşı yayılan qərəzli məlumatları, təhrif olunmuş materialları və ictimai rəyin manipulyasiyasına yönəlmiş kampaniyaları ciddi narahatlıqla izləyir”.
Əmək Məcəlləsinə edilən son dəyişikliklərlə dövlət və kommersiya sirri ilə yanaşı, vergi sirrinin yayılması və ya onun qorunması ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi də əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Dəyişiklik işçinin əmək müqaviləsinə xitam verilməsi üçün əsas yarada bilən halların əhatəsini genişləndirir.