Azərbaycanda vəzifəli şəxs həbs edildi - Şok mənimsəmə
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalarla Azəridmanservis MMC-nin Quba İdman, istirahət, təlim və tədris kompleksinin direktoru Rəşid Orucov və mühasib Vidadi Şirinovun qanunazidd hərəkətləri müəyyən edilib.
Hər iki şəxs mənimsəmə və vəzifə cinayətlərində təqsirli bilinir. İş üzrə ziyanın yarım milyon manatdan çox olduğu qeyd edilir.
R.Orucov və V.Şirinov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib./Oxu.az
Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Şəadət Teymurovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Zakir Tağıyev və onun tanışı İsmət Dadaşlının (hər ikisinin adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Bu ilin iyun ayında Cəlilabad rayonunda dayısının 27 yaşlı həyat yoldaşını qətlə yetirən 15 yaşlı Abbas Mahmudova (ad və soyadlar şərtidir) hökm oxunub.