SON DƏQİQƏ! Tramp İrana vaxt qoydu: "Gecə yarısı..."
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.
Cia.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Florida ştatında tərəfdarları qarşısında çıxış edən Amerika lideri xatırladıb ki, 2025-ci ilin iyununda ABŞ Silahlı Qüvvələri "Gecəyarısı çəkic" əməliyyatı zamanı İranın uranın zənginləşdirilməsi üzrə bütün potensialını darmadağın edib:
"Xatırlayırsınızsa, bu, gecə yarısı, saat 1-də baş vermişdi. Qalan tapşırıqları isə fevralın 28-də başlayan "Epik qəzəb" əməliyyatı çərçivəsində icra etdik".
Tramp Ağ Evin İrana qarşı yeni sərt addımlar ata biləcəyini istisna etməyib: "Ola bilsin ki, biz başqa bir kiçik "Epik qəzəb" də təşkil edək, ya da onlar şərtlərimizi qəbul edəcəklər. Əgər ağıllıdırlarsa, sadəcə "Gəlin mətləbə keçək" deyəcəklər. Lakin şübhə edirəm ki, onlar belə addım atsınlar, çünki böyük ehtimalla ağıllı deyillər".
ABŞ və İsrail mediasının yaydığı məlumatlara görə, ehtimal olunan yeni əməliyyat qısamüddətli, lakin kifayət qədər intensiv ola bilər. Əsas hədəflər sırasına İranın nüvə obyektləri, enerji infrastrukturu, raket və dron potensialı daxildir.
Yaxın Şərqdə artan gərginlik artıq dünya neft bazarına da ciddi təsir göstərir. Oktyabrın 23-də "Brent" markalı neftin qiyməti 116,72 dollara yüksəlib, gün ərzində isə 117 dollar həddini aşıb.
"Reuters" agentliyi qiymət artımını Yaxın Şərqdə neft tədarükünün pozulması qorxusu, Səudiyyə Ərəbistanına edilən hücumlar və tankerlər ətrafında yaranan təhlükəsizlik riskləri ilə əlaqələndirir.
Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Dmitro Lubinets Rusiyanın işğalı altında olan Xerson vilayətinin Oleşki şəhərində humanitar missiyanın həyata keçiriləcəyini təsdiqləyib.
Türkiyənin şimal-qərb hissəsində, o cümlədən İstanbul, Mərmərə dənizi regionu və Qara dənizin qərb sahillərində şənbə günü üçün narıncı meteoroloji təhlükə kodu elan olunub.
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Aİ liderlərinə ümumavropa strateji qaz ehtiyatı yaratmaq ideyasını nəzərdən keçirməyi təklif edib.
Dünya ticarətinin əsas arteriyalarından biri olan Hörmüz boğazında ciddi insident baş verib. İçərisində minlərlə elektronika məhsulu olan yük gəmisi minaya düşüb.
ABŞ prezidenti Donald Tramp ABŞ administrasiyasının süni intellekt siyasətini əlaqələndirəcək yeni bir hökumət agentliyi olan "Superintellekt Qüvvələri"nin yaradıldığını elan edib.