banner
banner

Gündəm

Bakıda ilk kazinonun açılacağı tarix məlum oldu - FOTO

Bakıda ilk kazinonun açılacağı tarix məlum oldu - FOTO

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq".

Bu barədə "Sea Breeze" layihəsinin sahibi və təsisçisi, "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov məlumat verib.

"Royale Casino"nun tikintisi sürətlə davam edir. Kazino 2027-ci ilin mayında açılacaq", - deyə E.Ağalarov bildirib. 

Qeyd olunub ki, 90 min kvadratmetr sahəsi olan kazino Xəzər dənizinin Azərbaycan sektorunda, "Sea Breeze" ərazisində yaradılan süni yarımadada inşa edilir. Binanın hündürlüyü 35 metr olacaq.

Kazinoda 12 VIP zalı və beynəlxalq poker turnirlərinin keçirilməsi üçün nəzərdə tutulan əsas zal fəaliyyət göstərəcək. 21 yaşına çatmamış şəxslərin kazinoya girişinə icazə verilməyəcək.//Oxu.az

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Xəzərdə kütləvi balıq tələfatı – Azərbaycana təhlükə gözlənilir?

Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb.

Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya ilin sonunda açılır

2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstərə bilər.

Firudin Qurbanov I Ailə Forumunda iştirak edib

Oktyabrın 21-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda I Ailə Forumu keçirilib.

Azərbaycanda kirayə mənzillərlə bağlı qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısının alınması məqsədilə bu il oktyabrın 1-dən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydaları dəyişib.