banner
banner

Şou

Aygün Bəylərin qızı ilə bağlı vəsiyyətini açıqladı

Aygün Bəylərin qızı ilə bağlı vəsiyyətini açıqladı

Mərhum Əməkdar artist Aygün Bəylərin müğənni bacısı Zümrüd Hümbətova onun vəsiyyəti barədə danışıb.

Z.Hümbətova müğənni Lətifənin təqdimatında yayımlanan “MTV Maqazin” proqramına açıqlamasında bacısının qızı Cananı ona əmanət etdiyini bildirib. O qeyd edib ki, Aygün Bəylərin ən böyük arzusu övladının yaxşı təhsil alması olub:

“Aygünün son günlərində, Yeni il gecəsi mənə vəsiyyət etdi. Dedi ki, Cananı öz övladını, qızını böyütdüyün kimi böyüt. Sənə əmanət edirəm. Öz uşağını necə yaxşı məktəbdə oxutmaq, savadlı, ali təhsilli etmək istəyirsənsə, mənim də qızımı elə et. Cavab verdim ki, gözün arxada qalmasın.

İndi Cananın oxuduğu məktəb çox yaxşıdır. Aygünün də ruhu şaddır ki, qızı orada yüksək səviyyədə təhsil alır”.

Z.Hümbətova Cananla görüşmədiyini də etiraf edib. O, bacılarının onu uşağa yanlış tanıtdıqlarını iddia edib:

“Uşağa məni yanlış tanıdıblar. Mən onunla dialoq qura bilmirəm. Onun üçün xala yox, başqa insanam. Deyiblər ki, xalan ananın mirasına qonub, mahnılarına sahib çıxıb, sağlığında anandan istifadə edib”./axsam.az/



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.