banner
banner

Sosİal

Onların maaşına 50 faizədək əlavə veriləcək

Onların maaşına 50 faizədək əlavə veriləcək

Bəzi səhiyyə işçiləri əmək şəraitinin xüsusiyyətlərinə və gördükləri işin xarakterinə görə aylıq vəzifə maaşlarına 10, 15, 25, hətta 50 faiz əlavə haqq ala bilərlər.

Bu ödənişlər xüsusi hospitallarda çalışan tibb işçilərindən tutmuş qiymətli metallarla işləyən diş texniklərinə və ali tibb təhsili müəssisələrinin klinik kafedralarında fəaliyyət göstərən professorlara qədər müxtəlif kateqoriyaları əhatə edir.

Qaydalara əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün nəzərdə tutulan hospitalların, pansionatların və bərpa müəssisələrinin tibb və əczaçılıq işçilərinə vəzifə maaşının 15 faizi, həmin müəssisələrin digər işçilərinə isə 10 faizi həcmində əlavə haqq ödənilir.

Magistral boru kəmərlərinin və yeni dəmir yollarının çəkilməsi, neft və qazın nəqli, eləcə də dəniz obyektlərinin qurulması və istismarı ilə məşğul olan işçilərə xidmət göstərən tibb və əczaçılıq işçiləri də vəzifə maaşlarının 15 faizi qədər əlavə alırlar./trend



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ərazilərdə işıq olmayacaq

Oktyabrın 23-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan Transformator Məntəqəsində (TM) təmir, 10 kV-luq hava xətləri üzrə isə naqillərin yenilənməsi işləri aparılacaq. Həmçinin Abşeron RETSİ-nin xidməti ərazisində 35/10 kV-luq “Masazır” yarımstansiyasından çıxan 10 kV-luq “Şəhər-2” hava xəttində təmir işləri həyata keçiriləcək.

Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR

Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir.

Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq

Oktyabrın 21-də saat 08:00-dan etibarən Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində - Yeni Həyat küçəsinin Şirvan küçəsi ilə kəsişməsindən 10-cu Müşfiqabad küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri aparılacaq.