banner
banner

Sosİal

Ölkənin bəzi ərazilərində işıq olmayacaq - Siyahı

Ölkənin bəzi ərazilərində işıq olmayacaq -

Oktyabrın 26-da Bakının Yasamal rayonunun, eləcə də Şəmkir və Göygöl rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Cia.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 26-da Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisindəki transformator məntəqəsində (TM) təmir işləri aparılacaq.

Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Cəfər Cabbarlı, Əhməd Cavad, Xaqan Dadaşov, Xıdır Mustafayev, İsfəndiyar Zülalov, Məhəmməd Naxçıvani və Müzəffər Həsənov küçələrinin, eləcə də Vasif Əliyev küçəsinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Bundan əlavə, Şəmkir və Göygöl Elektrik Şəbəkələrinin (EŞ) xidmət ərazilərindəki bir sıra 10 kV-luq hava xətlərində yenidənqurma işləri aparılacaq.

İşlərlə əlaqədar Şəmkir rayonunun Çinarlı kəndində saat 10:00-dan 12:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Göygöl rayonunun Əlimədədli və Nadil kəndlərində isə saat 14:00-dan 16:00-dək elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Yenidənqurma işləri başa çatdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ərazilərdə işıq olmayacaq

Oktyabrın 23-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan Transformator Məntəqəsində (TM) təmir, 10 kV-luq hava xətləri üzrə isə naqillərin yenilənməsi işləri aparılacaq. Həmçinin Abşeron RETSİ-nin xidməti ərazisində 35/10 kV-luq “Masazır” yarımstansiyasından çıxan 10 kV-luq “Şəhər-2” hava xəttində təmir işləri həyata keçiriləcək.

Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR

Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir.