Şəhid anası 21 ildir ev növbəsində imiş - Rəsmi açıqlama
Şəhid anası 21 ildir mənzil növbəsində olsa da, indiyədək evlə təmin edilməyib.
Lerik rayon sakini Nəsibə Nəciyeva müraciət edərək mənzil probleminin hələ də həll olunmadığını bildirib.
Şəhid Habil Nəciyevin anası deyir ki, yaşadığı ev qəzalı vəziyyətdə olduğundan Sumqayıt şəhərində yaşayan digər oğlunun yanında qalmağa məcburdur. Lakin oğlunun da yaşayış şəraiti məhduddur.
Böyük məbləğdə borcu olan şirkət rəhbərinə ölkədən çıxışa "stop" qoyuldu Şikayətçinin sözlərinə görə, o, dəfələrlə həm Lerik Rayon İcra Hakimiyyətinə, həm də digər aidiyyəti qurumlara yazılı və şifahi müraciət etsə də, problemi indiyədək həll olunmayıb.
Nəsibə Nəciyeva bildirib ki, mənzil növbəsində ondan sonra olan şəxslər evlə təmin edilsələr də, özü illərdir gözləyir. O, ömrünün qalan hissəsini öz evində yaşamaq istədiyini deyir.
Məsələ ilə bağlı Lerik Rayon İcra Hakimiyyətindən bildirilib ki, Nəsibə Nəciyeva 19 fevral 2005-ci il tarixli, 19 nömrəli sərəncamla yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürülüb. Hazırda o, növbədə 18-ci yerdədir.
Qeyd olunub ki, Prezidentin 20 iyun 2014-cü il tarixli, 569 nömrəli sərəncamının icrası ilə əlaqədar mənzil növbəsində olan xüsusi imtiyazlı şəxslərin siyahısı, o cümlədən Nəsibə Nəciyevanın ailəsi barədə məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib.
İcra hakimiyyətindən bildirilib ki, ailə üçün növbə əsasında yeni yaşayış evinin tikintisi həyata keçiriləcək.|Baku TV
Oktyabrın 26-da Bakının Yasamal rayonunun, eləcə də Şəmkir və Göygöl rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
2035-ci ilədək mövcud yaşayış və kommersiya binalarında qazla işləyən istilik avadanlıqlarının elektrik istilik nasosları ilə əvəzlənməsi hədəfi vətəndaşların qarşısında bir sıra suallar yaradır.
Bəzi səhiyyə işçiləri əmək şəraitinin xüsusiyyətlərinə və gördükləri işin xarakterinə görə aylıq vəzifə maaşlarına 10, 15, 25, hətta 50 faiz əlavə haqq ala bilərlər.
Oktyabrın 23-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan Transformator Məntəqəsində (TM) təmir, 10 kV-luq hava xətləri üzrə isə naqillərin yenilənməsi işləri aparılacaq. Həmçinin Abşeron RETSİ-nin xidməti ərazisində 35/10 kV-luq “Masazır” yarımstansiyasından çıxan 10 kV-luq “Şəhər-2” hava xəttində təmir işləri həyata keçiriləcək.
Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir.