"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub.
Cia.az xəbər verir ki, "Həzi Aslanov"-"Əhmədli" sahəsində tətbiq edilən məkik hərəkət ləğv edilib. "İçərişəhər"-"Həzi Aslanov" istiqamətində birbaşa hərəkət bərpa edilib.
Xatırladaq ki, "Həzi Aslanov" metrostansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar 2024-cü il noyabrın 30-dan Bakı metrosunun "Qırmızı" və "Yaşıl" xətlərində qatarların hərəkət sxemi dəyişdirilib.
Həmin tarixdən qatarlar "İçərişəhər" və "Dərnəgül" stansiyalarından "Əhmədli" stansiyasına qədər hərəkət edib, "Həzi Aslanov"-"Əhmədli" sahəsində isə ayrıca məkik hərəkəti təşkil olunmuşdu.
Oktyabrın 26-da Bakının Yasamal rayonunun, eləcə də Şəmkir və Göygöl rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
2035-ci ilədək mövcud yaşayış və kommersiya binalarında qazla işləyən istilik avadanlıqlarının elektrik istilik nasosları ilə əvəzlənməsi hədəfi vətəndaşların qarşısında bir sıra suallar yaradır.
Bəzi səhiyyə işçiləri əmək şəraitinin xüsusiyyətlərinə və gördükləri işin xarakterinə görə aylıq vəzifə maaşlarına 10, 15, 25, hətta 50 faiz əlavə haqq ala bilərlər.