Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
Mərhum əməkdar artist Aygün Bəylərin müğənni bacısı Zümrüd Hümbətova ailəsində yaşanan problemlərdən danışıb.
O, bu barədə "MTV Maqazin"ə açıqlamasında bəhs edib. Zümrüd bacıları ilə münasibətlərinin pozulduğunu və onlardan imtina etdiyini bildirib:
"İnciyəndə barışmaq olur. Küsmüşəm, demişəm, qətiyyən... Aygün, anam, atam gedib, hamımız başsız qaldıq, ailəmiz darmadağın oldu. Aygünün qoyub getdiyi ailə başqa oldu. Məni sıxdılar, pislər yığışdı, yaxşını təklədilər. Mən də bacılarımdan imtina etdim. Demişəm, nə ölülərinə getmərəm, nə də ölümə gəlməsinlər".// Axşam.az
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.