Bakıda körpəsini qonşuya əmanət edən ana evə qayıdanda meyitini tapdı
Bakının Sabunçu rayonunda 2 yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb.
Hadisə rayonun Anaşkin küçəsində baş verib.
Məlumata görə, 2024-cü il təvəllüdlü A.İsmayılovun anası mağazaya gedərkən uşağı müvəqqəti olaraq qonşusuna tapşırıb. Qadın geri qayıtdıqda övladının pilləkəndən yıxılaraq öldüyünü görüb.
Hadisədən sonra uşağın anası ilə qonşusu arasında əlbəyaxa dava düşüb.
Hadisə baş verən zaman uşağın atası işdə olub.
Azyaşlının hansı şəraitdə və hansı səbəbdən öldüyü araşdırılır.|Teleqraf
"Bakı Metropoliteni"nin stansiyalarında avtomatik xarici defibrilyatorların (AED) quraşdırılması ilə bağlı tender prosesi keçirilib və hazırda işlər son mərhələdədir".
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "WhatsApp" və "WhatsApp Business" istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı xəbərdarlıq edib.