Mobil telefon nömrəsini və ya telefon aparatını mütəmadi gəlir əldə etmək məqsədilə başqa şəxsə kirayəyə vermək 5 min manatadək cərimə ilə nəticələnə bilər.
Cia.az xəbər verir ki, Trend-in qüvvədə olan qanunvericilikdən əldə etdiyi məlumata görə, bu pozuntuya görə fiziki şəxslər 300-500 manat, vəzifəli şəxslər 1 000-2 000 manat, hüquqi şəxslər isə 3 000-5 000 manat cərimə edilə bilər.
Belə ki, abunəçilərlə bağlanan müqavilələrdə SİM-kartların və digər identifikasiya modullarının başqa şəxslərə daimi istifadə üçün, eləcə də mütəmadi gəlir əldə etmək məqsədilə kirayəyə verilməsinin qadağan olunması barədə qeyd əks etdirilməlidir.
Qaydalara əsasən, abunəçinin identifikasiya modulunun və ya mobil telefon aparatının oğurlanması, yaxud itirilməsi barədə fiziki və hüquqi şəxslər dərhal müvafiq dövlət orqanına məlumat verməlidirlər. Bu tələb də abunəçi ilə bağlanan müqavilədə və onun tərkib hissəsi olan sənədlərdə göstərilməlidir.
Mütəmadi gəlir əldə etmək məqsədilə SİM-kartı və ya mobil telefonu başqa şəxsə kirayəyə verən fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 1 000 manatdan 2 000 manatadək, hüquqi şəxslər isə 3 000 manatdan 5 000 manatadək cərimə edilirlər.
Nazirlər Kabineti (NK) "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları"nda dəyişiklik edib.
Borclular icra sənədlərində göstərilən tələbləri könüllü şəkildə yerinə yetirməlidirlər. Bu məqsədlə, məhkəmənin qərarında başqa müddət nəzərdə tutulmayıbsa, icraata başlanıldığı vaxtdan etibarən ən çoxu 10 gün müddət müəyyən edilir.
Azərbaycan xarici borcun Ümumi Daxili Məhsula (ÜDM) nisbətinin aşağı olmasına görə dünya ölkələri arasında ən yaxşı göstəricilərə malik dövlətlər sırasındadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva oktyabrın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun 80 illik yubileyinə həsr edilmiş "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar.
Bakının Yasamal rayonunda, Akademik Şəfaət Mehdiyev küçəsi 23 ünvanında yerləşən məşhur “El Pizza” restoranının fəaliyyəti Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən dayandırılıb.
Sabunçu rayonunda yerləşən Yeni Ramana küçəsində təmir işləri ilə əlaqədar bu gündən nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq.
Azərbaycan qanunvericiliyinə əsasən hava nəqliyyatından (təyyarədən) tam ödənişsiz istifadə imkanı məhdud çərçivədə və xüsusi şərtlər daxilində tənzimlənir.