banner
banner

Gündəm

Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR

Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) vəzifəsinə namizədlərin kimliyi məlum olub.

Cia.az xəbər verir ki, ölkə.az-ın əldə etdiyi xəbərə görə, namizədlər hazırkı Ombudsman Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Elşana Valiyevadır.

Yeni ombudsmanın seçilməsi məsələsi Milli Məclisinin İnsan hüquqları komitəsinin bu gün keçiriləcək iclasında müzakirə olunacaq.

Qeyd edək ki, Ombudsman 7 il müddətinə seçilir. Bir şəxs iki dəfədən artıq bu vəzifəyə seçilə bilməz. Səbinə Əliyeva birinci dəfə 2019-cu ildə İnsan hüquqları üzrə müvəkkili seçilib. Onun səlahiyyət müddəti noyabrın 29-da başa çatır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı – Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademik Musiqili Teatrında təqdim edib.

Bu şəxsləri 5 min manat cərimə gözləyir

Mobil telefon nömrəsini və ya telefon aparatını mütəmadi gəlir əldə etmək məqsədilə başqa şəxsə kirayəyə vermək 5 min manatadək cərimə ilə nəticələnə bilər.

Baş nazir mühüm qərar imzaladı

Nazirlər Kabineti (NK) "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları"nda dəyişiklik edib.

Bu şəxslərə 10 gün vaxt verildi - Nazirlik açıqlama yaydı

Borclular icra sənədlərində göstərilən tələbləri könüllü şəkildə yerinə yetirməlidirlər. Bu məqsədlə, məhkəmənin qərarında başqa müddət nəzərdə tutulmayıbsa, icraata başlanıldığı vaxtdan etibarən ən çoxu 10 gün müddət müəyyən edilir.